Biz kimik?
Global Builders & Realtors Unity
İNŞA EDİLƏN ƏLAQƏLƏR!
Şirkət haqqında
Global Builders and Realtors Unity MMC, Azərbaycanın inşaat və daşınmaz əmlak sektorunu inkişaf etdirmək, yeniliklər gətirmək, beynəlxalq təcrübələrin öyrənilməsində köməklik göstərmək, daxili və xarici partnyorluqların qurulması və beynəlxalq şəbəkə sisteminin yaradılması məqsədi ilə qurulmuşdur.
Bu sektorda süni intellekt və data analitikasından istifadəni formalaşdırmaq və təhlil mexanizmlərinə arxalanan inkişaf strategiyası izlənməkdədir.
Şirkət 2017-ci ildən etibarən fəaliyyət göstərən “ENEM-AY” Audit and Tax MMC ilə birlikdə aşağıda göstərilən xidmətlərin göstərilməsində ixtisaslaşmışdır:
- Maliyyə
- Muhasibatlıq
- Vergi
- Biznes planların yazılması
- Bazar araşdırmalarının həyata keçirilməsi
- Dövlət satınalmalarında iştirak üçün sənədlərin hazırlanması
- Təlim və seminarların təşkil olunması
- Ölkə daxili və beynəlxalq forumların təşkil olunması
Şirkət qeyd olunan fəaliyyətlər üzrə 7 ildən çox təcrübəyə sahibdir və faktiki olaraq 50 müəssisəyə daimi olaraq müxtəlif xidmətlər göstərməkdədir.
Şirkətin rəhbərliyi tərəfindən KOBİA, AZPROMO, IOM (Beynəlxalq Miqrasiya Təşkilatı), Yelo Bank, Accessbank, Bank Respublika ilə birlikdə layihələr icra edilmiş, Kapital Bank və Bank of Baku ilə kimi subyektlərdə isə təlimlər təşkil edilmişdir.
Gbaru.com platforması
Gbaru.com platforması həm ölkələrin öz daxilində, həm də ölkələrarası biznes partnyorluğu üçün qurulmuş bir platformadır.
Bu platformada qeydiyyatdan keçməklə şirkətlər həm özlərini tanıtmaq, həm özəl satınalma elanları yerləşdirmək, həm də yerləşdirilmiş satınalma elanlarına öz təkliflərini verə bilərlər.
Beləliklə, Gbaru.com saytı ilə bütün dünyada inşaat, tikinti və bu sahə ilə əlaqəli ola biləcək bütün sahələri özündə birləşdirəcək təchizat zənciri formalaşdırmışdır.
Əlavə olaraq, platformada təchizatla yanaşı vakansiyaların elanı imkanı da yaradılmışdır ki, bu da şirkətlərin bir platformadan iki əhəmiyyətli fəaliyyəti görə bilmələrinə şərait yaradır.
Sayt hal-hazırda 8 ölkə üzrə fəaliyyət göstərir. Qısa zamanda istifadəyə verilməsinə baxmayaraq, artıq 40-a yaxın Azərbaycan və Türkiyə şirkətləri qeydiyyatdan keçmişdir.
2025-ci ilin sonuna qədər platformanın 30 ölkəni əhatə etməsi nəzərdə tutulmuşdur.
Biz nə vəd edirik!
- Şirkətlərin beynəlxalq səviyyədə sadəcə bir platforma üzərindən özünü və məhsullarını tanıtmaq imkanı;
- Daxili və xarici təchizat zəncirinin formalaşdırılması;
- Vaxta və araşdırma xərclərinə qənaət;
- Beynəlxalq şəbəkə sisteminə daxil olaraq, yeni və sağlam partnyorluqların qurulması;
- İşə götürən və iş axtaranların konkret fəaliyyət sahələri üzrə uyğunlaşdırılması.

Missiya
İnşaat, təmir, tikinti və bu sahələr ilə əlaqəsi ola biləcək bütün fəaliyyətlərin vahid məkanda toplanması, sağlam rəqabət mühitinin və real partnyorluqların qurulması.

Vizyon
İnşaat və əmlak sahəsində beynəlxalq müstəvidə biznes şəbəkəsinin qurulması ilə zaman və xərclərin minimum endirilməsi.

Dəyərlər
Global Builders and Realtors Unity MMC, inşaat və daşınmaz əmlak sahəsində innovativ həllər təqdim edərək, beynəlxalq biznes əlaqələrinin qurulmasını və müştərilər üçün effektiv təchizat zəncirinin formalaşdırılmasını təmin edir. Gbaru.com platforması vasitəsilə şirkət, sektorun inkişafı üçün vaxt və resurslara qənaət edən vahid şəbəkə yaratmağı hədəfləyir.