Azərbaycanda tikinti icazələri daha əlçatan olacaq

8/30/2025

Azərbaycan hökuməti tikinti sahəsində onlayn xidmətlərin mövcudluğu və etibarlılığını artırmaq məqsədilə yeni tədbirlər paketi hazırlayır.

"Report" xəbər verir ki, bu, Dünya Bankı Qrupunun "Business Ready" hesabatının "Biznesin yerləşdiyi yer (əmlakın qeydiyyatı və icarəsi)" indikatoru üzrə 2025-ci il Yol Xəritəsində öz əksini tapıb.

Layihəyə əsasən, Elektron Tikinti Portalının (e-tikinti.gov.az) təkmilləşdirilməsi nəzərdə tutulur.

Portalda son 5 ili əhatə edən və ölkə ilə regionlar üzrə strukturlaşdırılmış statistik məlumatlar yerləşdiriləcək, icazə və müraciət göstəricilərinin fərqləndirilməsi təmin olunacaq.

Portalda reklam qurğularının tikintisinə və istismarına icazə üzrə ayrıca modul yaradılacaq. Bundan başqa, Naxçıvan Muxtar Respublikası üzrə icazə və məlumatlandırma icraatı modulu əlavə ediləcək, torpaqayırma modulu üzrə inteqrasiya təmin ediləcək.

Eyni zamanda, portalın təhlükəsizlik auditləri və səmərəlilik sınaqları həyata keçiriləcək. Portalın fiziki infrastrukturu "Hökumət buludu"nun ehtiyat mərkəzinə köçürüləcək.

Binaların informasiya modelləşdirilməsinə (BIM – Building Information Modeling) keçid tədbirləri davam etdiriləcək. Tikinti sahəsində peşəkarlıq reyestrinin yaradılması və onun vahid informasiya təminatı sisteminə inteqrasiyası üzrə təkliflər hazırlanacaq.

Bundan başqa, Milli Məkan İnformasiya Sisteminin formalaşdırılması istiqamətində işlər davam etdiriləcək.

Bu çərçivədə Milli Məkan Məlumatları İnfrastrukturunun yaradılması üçün sənədlər toplusu hazırlanacaq, dövlət qurumları ilə razılaşdırılacaq, standartlar qəbul ediləcək və idarəedici struktur formalaşdırılacaq.

Qiymətləndirmə aparılacaq və maliyyələşmə ilə bağlı təkliflər Komissiyaya təqdim ediləcək.

Sənədin icra müddəti oktyabrın 1-dəkdir, bundan sonra isə proses növbəti dövrdə davam etdiriləcək.

Digər Xəbərlər

Oktyabr 30, 2025World Immigration Hub ilə Global Builders & Realtors Unity arasında əməkdaşlıq memarandumu imzlanıb.
World Immigration Hub beynəlxalq miqrasiya xidmtələri üzrə ixtisaslaşmış və geniş  coğrafiyada peşəkar miqrasiya və viza xidmətləri göstərir — Ana mərkəz Estonianın paytaxtı Tallin şəhəri olub , Azərbaycanla, Rusiya, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Birləşmiş Ərəb Əmirlikləri, Amerika Birləşmiş Ştatları, Kanada və Avropa ölkələri də daxil olmaqlar bir çox ölkələr üzrə xidmətlərini təqdim edir. Bu günə kimi 500-dən çox fərdi şəxslərin miqrasiyası və müxtəlif şirkətlərin xarici ofislərinin yaradılmasıda mühüm əhəmmiyyətli rolu olmuşdur. 
Əsas məqsədimiz fərqli ölkələrə köçmək istəyən şəxslərə və ailələrə, eləcə də iş, təhsil, turizm və digər vizalara müraciət edən müştərilərə etibarlı, sürətli və rahat sənədləşmə xidmətləri təqdim etməkdir.

Təcrübəli və sertifikatlı miqrasiya məsləhətçilərimiz hər bir müştərinin ehtiyaclarına uyğun fərdi yanaşma tətbiq edirlər. Hər bir müraciətin uğurla tamamlanmasını təmin etmək üçün bütün qanuni prosedurlara ciddi riayət edirik, proses zamanı hər hansı suallara aydın cavablar veririk və sənədləşmənin hər mərhələsində müştərilərimizi dəstəkləyirik.

Yeni bir ölkədə yaşamaq, işləmək, təhsil almaq və ya səyahət etmək bir çox insanlar üçün böyük bir arzu və məqsəddir. Biz bu yolculuğunuzda etibarlı tərəfdaşınız olmağa hazırıq, müraciətlərinizi peşəkar şəkildə və qanunla tam uyğun şəkildə işləyirik
World Immigration Hub ilə Global Builders & Realtors Unity arasında əməkdaşlıq memarandumu imzlanıb.
Oktyabr 13, 2025Qarabağ və Şərqi Zəngəzurda geoloji qiymətləndirmə işləri həyata keçiriləcək

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında geofiziki anomaliyaların təhlili, eləcə də faydalı qazıntı təzahürlərinin qiymətləndirilməsi işləri həyata keçiriləcək.

"Report" xəbər verir ki, bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyindəki Geoloji Kəşfiyyat Agentliyi hazırlıqlara başlayıb.

Məlumata görə, 2 ay ərzində regionda litoloji, petroqrafik və mineraloji araşdırmalar, faydalı qazıntıların axtarışında perspektivli zonalarının öyrənilməsi üçün çöl tədqiqat işləri aparılacaq, 150 km məsafədə maqnit kəşfiyyatı həyata keçiriləcək.

Bu işlər 160 min manata başa gələcək.

Qarabağ və Şərqi Zəngəzurda geoloji qiymətləndirmə işləri həyata keçiriləcək
Sentyabr 23, 2025Tekirdağ'da Konut Satışları Artıyor

Türkiye İstatistik Kurumu'nun verilerine göre Ağustos 2025'te Tekirdağ'da 3 bin 648 konut satışı gerçekleşti. Toplam satışların büyük kısmı ikinci el konutlardan oluştu. Ülke genelinde konut satışları da artış gösterdi.

Türkiye İstatistik Kurumu'nun 2025 yılı Ağustos ayı verilerine göre Tekirdağ'da 3 bin 648 konut satışı gerçekleşti.

Kentteki satışların 687'si ipotekli, 2 bin 961'i ise diğer satış türlerinde yapıldı. Toplam satışların 1 367'sini ilk satış, 2 bin 281'ini ise ikinci el satış oluşturdu.

Türkiye genelinde konut satışları Ağustos ayında bir önceki yılın aynı ayına göre yüzde 6,8 artarak 143 bin 319 oldu. Satış sayısının en fazla olduğu iller 21 bin 814 ile İstanbul, 12 bin 419 ile Ankara ve 7 bin 695 ile İzmir olurken; en az satış Ardahan'da 49, Bayburt'ta 105 ve Tunceli'de 138 olarak kaydedildi.

Ülke genelinde ipotekli konut satışları bir önceki yılın aynı ayına göre yüzde 45,2 artışla 19 bin 712'ye yükseldi. Toplam satışlar içinde ipotekli satışların payı yüzde 13,8 oldu. Diğer satış türleri ise yüzde 2,5 artarak 123 bin 607'ye ulaştı.

Ocak-Ağustos döneminde Türkiye genelinde ipotekli satışlar yüzde 84,6 artışla 141 bin 227'ye çıkarken, diğer satışlar yüzde 14,7 artarak 836 bin 843 olarak gerçekleşti. - TEKİRDAĞ

Tekirdağ'da Konut Satışları Artıyor

© 2024 Markup Agency Tərəfindən yaradılmışdır.