BronzeBaxış sayı
10
Elanlar
0
Kampaniyalar
0
Vakansiyalar
0
Reytinq balı
100
"Bizcon” şirkəti vergi, mühasibatlıq, audit, hr və maliyyə sahəsində xidmətlərin göstərilməsi və məsləhətlərin verilməsi üzrə peşəkar konsaltinqdir. AT/228 saylı İcazə ilə Azərbaycan Respublikası Auditorlar Palatasının üzvü olan şirkət beynəlxalq və yerli kvalifikasiyalara, sertifikatlara malik 20 nəfərlik peşəkar heyəti ilə 10 ildən artıqdır bu sahədə fəaliyyət göstərir. Şirkət bank, sığorta, istehsal, ticarət, otel, səhiyyə, təhsil, idman, bina tikintisi, daşıma, kənd təsərrüfatı, dərman, restoran, dağ-mədən sənayesi, informasiya texnologiyası sahəsində məşğul olan şirkətlər də daxil olmaqla 200-dən artıq özəl və dövlət təşkilatlarına audit, mühasibatlıq və vergi sahəsində məsləhətlər verir və xidmətlər göstərir. Şirkətimiz müəssisələrdə uçotun bərpası və aparılması, vergi yoxlamalarına qədər müəssisənin mövcud vəziyyətinin analizi və yoxlamaya qədər vergi risklərinin minimallaşdırılması, vergi yoxlamalarında vergi ödəyicilərini təmsil etmək kimi xidmətlər göstərir. Dövlət orqanları ilə əməkdaşlıq çərçivəsində şirkətin peşəkar mütəxəssisləri ictimai iştirakçılıq üzrə Dövlət Vergi Xidmətinin eksperti kimi fəaliyyət göstərir və vergi qanunvericiliyinin təkmilləşdirilməsi sahəsində öz layihələrini təqdim edir. Həmçinin şirkətin peşəkar mütəxəssisləri maliyyə və mühasibatlıq sahəsində rəhbər vəzifədə çalışanların sertifikatlaşdırılması üzrə Peşəkar Mühasib Sertifikatı imtahanın həyata keçirilməsi, sualların hazırlanması, yoxlanılması üzrə Dövlət İmtahan Mərkəzi PHŞ ilə əməkdaşlıq edirlər.
ddddddddd
Bu sirket sizin butun Marketinq problemlerinizi hell edir

Şirkətimiz geniş təcrübəyə əsaslanaraq bizneslərə vergi, mühasibatlıq, maliyyə və insan resursları sahəsində peşəkar xidmətlər göstərir. Məqsədimiz şirkətlərin daha effektiv və sistemli şəkildə idarə olunmasına və davamlı inkişafına dəstək olmaqdır. Hər bir müştəriyə fərdi yanaşma, onların ehtiyaclarına uyğun optimal həllər təqdim edirik. Komandamız müxtəlif sahələrdə, yerli şirkətlər və iri holdinqlərdə, eləcə də beynəlxalq nüfuzlu dünya üzrə ilk 4-lük və ilk 10-luğa daxil olan audit şirkətlərində təcrübə qazanmış, sahəsi üzrə yerli və beynəlxalq sertifikatlara həmçinin beynəlxalq təlim sertifikatlarına malik olan ixtisaslaşmış mütəxəssislərdən ibarətdir.