BronzeBaxış sayı
11
Elanlar
0
Kampaniyalar
0
Vakansiyalar
0
Reytinq balı
0
HAQQIMIZDA
"FIRE UNIVERSAL GROUP" MMC 2017-ci ildə təsis edilmişdir. Şirkət təhlükəsizlik avadanlıqları və sistemlərinin satışı, quraşdırılması və servis xidmətini həyata keçirməklə məşğuldur. Əsas xidmət istiqaməti yanğın təhlükəsizliyi sahəsində fəaliyyət göstərməkdir ki, bu fəaliyyət istiqamətini həyata keçirmək üçün şirkət Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən təqdim olunmuş Xüsusi Lisenziyasına sahibdir.
Belə ki bura yanğınsöndürən balonların satışı, texniki servisi və təkrar dolum xidməti, yanğın və mühafizə siqnalizasiya sistemləri, avtomatik yanğınsöndürmə sistemləri ( sulu,qazlı və köpüklü ), ventilyasiya, tüstüsovurma və hava basıncı sistemləri, yanğın dolabları, hidrantlar, yanğına davamlı qapılar, yanğınsöndürmə şlanqları, kranları, püskürdücüləri və digər yanğınsöndürmə avadanlıqlarının satışı, quraşdırılması və servis xidmətini həyata keçirmək daxildir. Bundan əlavə şirkət təxliyyə planının hazırlanması və təstiq edilməsi,işıqlı istiqamət lövhələri, video-müşahidə sistemləri, səsləndirmə sistemləri, rabitə sistemləri (televiziya,internet,telefon), girişə nəzarət sistemləri ( damafon, turniket, şlaqbaum, kart,əl izi və biometriya ilə keçid ) və avadanlıqlarının satışı, quraşdırılması və servis xidmətini həyata keçirir.
Göstərilən fəaliyyət sahələrində “FIRE UNIVERSAL GROUP” MMC müştərilərinə Avropa, Asiya və Amerika ölkələri şirkətlərinin yüksək keyfiyyət standartlarına cavab verən məhsullarını təqdim edir.
Bundan əlavə qeyd edək ki, 2025-ci ilin aprel ayından eyni xidmət sahələri üzrə şirkətimizin Özbəkistan respublikasında da filialı fəaliyyət göstərir. Özbəkistandakı filialımız "FIRE CONTROL GROUP" adı altında fəaliyyətdədir. Yanğın təhlükəsizliyi sahəsində Özbəkistan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən təqdim edilmiş xüsusi lisenziyanı da əldə etmişik.
Az müddətdə fəaliyyətə başlamasına baxmayaraq “FIRE UNIVERSAL GROUP” MMC bu gün öz işini uğurla davam etdirir. Şirkətin əsas məqsədi müştəri məmnuniyyəti qazanmaqdır ki, bu işin də öhdəsindən uğurla gəlir. Bunun əsas səbəbi kimi şirkətin rəhbər və işçi heyətinin çox yüksək iş təcrübəsinə sahib olan əməkdaşlardan ibarət olmasıdır.
Şirkətin əsas missiyası isə bu sahədə daha da inkişaf etmək, vətəndaşlarımızı təhlükəsizlik sahəsində maarifləndirmək, keyfiyyətli iş prinsipi ilə müştərilərin rəğbətini qazanmaq, daha böyük işlərlə daha uğurlu nailiyyətlər əldə etməkdir.
Yanğınsöndürən balonların satışı, texniki servisi və təkrar dolum xidməti
Yanğın siqnalizasiya sistemləri
Mühafizə siqnalizasiya sistemləri
Avtomatik yanğınsöndürmə sistemləri (sulu, qazlı və köpüklü)
Ventilyasiya, tüstüsovurma və hava basıncı sistemləri
Yanğın dolabları, hidrantlar, yanğına davamlı qapılar və yanğınsöndürmə avadanlıqları
Video-müşahidə sistemləri
Səsləndirmə sistemləri
Rabitə sistemləri (televiziya,internet,telefon)
Girişə nəzarət sistemləri
İşıqlı istiqamət lövhələri
Təxliyyə planının hazırlanması və təstiqlənməsi
ddddddddd
Bu sirket sizin butun Marketinq problemlerinizi hell edir

Şirkətimiz geniş təcrübəyə əsaslanaraq bizneslərə vergi, mühasibatlıq, maliyyə və insan resursları sahəsində peşəkar xidmətlər göstərir. Məqsədimiz şirkətlərin daha effektiv və sistemli şəkildə idarə olunmasına və davamlı inkişafına dəstək olmaqdır. Hər bir müştəriyə fərdi yanaşma, onların ehtiyaclarına uyğun optimal həllər təqdim edirik. Komandamız müxtəlif sahələrdə, yerli şirkətlər və iri holdinqlərdə, eləcə də beynəlxalq nüfuzlu dünya üzrə ilk 4-lük və ilk 10-luğa daxil olan audit şirkətlərində təcrübə qazanmış, sahəsi üzrə yerli və beynəlxalq sertifikatlara həmçinin beynəlxalq təlim sertifikatlarına malik olan ixtisaslaşmış mütəxəssislərdən ibarətdir.