BronzeBaxış sayı
16
Elanlar
0
Kampaniyalar
1
Vakansiyalar
0
Reytinq balı
0
“SM Consulting” MMC 2014-cü ildən Azərbaycanda sahibkarlara vergi, mühasibatlıq və kadr idarəçiliyi üzrə xidmətlər göstərir. Şirkət yarandığı gündən əsas məqsədini bizneslərin inzibati yükünü yüngülləşdirmək, vergi, maliyyə və hüquqi risklərini minimuma endirmək və bizneslərin inkişafına və böyüməsində töhfə vermək kimi müəyyənləşdirmişdir. İllər ərzində yüzlərlə şirkət və fərdi sahibkar bizə güvənmiş, gündəlik əməliyyatlarının düzgün, şəffaf və optimal şəkildə idarə olunması və dövlət orqanları qarşısında öhdəliklərinin vaxtında yerinə yetirilməsi üçün peşəkar dəstək almışdır. Hazırda “SM Consulting” MMC 40 nəfərə yaxın peşəkar ixtisaslı mütəxəssislərdən ibarət komanda ilə fəaliyyətini davam etdirir. Komandamızın təcrübəsi və bilikləri sayəsində kiçik və orta sahibkarlardan tutmuş iri korporativ şirkətlərədək geniş müştəri portfelinə xidmət göstəririk.
Missiyamız: Vergi, mühasibatlıq və kadr xidmətlərini peşəkar şəkildə təqdim edərək sahibkarın inzibati yükünü yüngülləşdirərək onların əsas işlərinə və inkişafına fokuslanmasına şərait yaratmaqdır.
Vizyonumuz: Azərbaycanda vergi, mühasibatlıq və kadr xidmətlərində innovativ, çevik və etibarlı həllər təqdim edən lider şirkət olmaqdır.
Dəyərlərimiz: Qanunçuluq, dəqiqlik, operativlik, şəffaflıq, müştəriyönümlülük, innovativlik və komanda ruhu fəaliyyətimizin əsasını təşkil edir.
Əsas həll etdiyimiz problemlər
1)Mühasibat və vergi uçotunda uyğunsuzluqlar
2)Gəlir və xərclərin uçotunun düzgün aparılmaması
3) Vergi güzəşt və azadolmalarından yetərincə faydalanılmaması
4)Vergi riskləri və yüksək vergi yükü
5) Vergi orqanları ilə əlaqələrdə yaranan çətinliklər
6)Vergi və əmək qanunvericiliyi ilə bağlı savadlılığın aşağı olması
7) Nağd və nağdsız ödənişlərin qanunauyğun aparılmaması
8)Kadr kargüzarlığının qanunauyğun, şəffaf və çevik aparılmaması
9)Əməkhaqqı və icbari tutulmalarda səhvlər
10) Biznes sahələrinə spesifik çətinliklər
ddddddddd
Bu sirket sizin butun Marketinq problemlerinizi hell edir

Şirkətimiz geniş təcrübəyə əsaslanaraq bizneslərə vergi, mühasibatlıq, maliyyə və insan resursları sahəsində peşəkar xidmətlər göstərir. Məqsədimiz şirkətlərin daha effektiv və sistemli şəkildə idarə olunmasına və davamlı inkişafına dəstək olmaqdır. Hər bir müştəriyə fərdi yanaşma, onların ehtiyaclarına uyğun optimal həllər təqdim edirik. Komandamız müxtəlif sahələrdə, yerli şirkətlər və iri holdinqlərdə, eləcə də beynəlxalq nüfuzlu dünya üzrə ilk 4-lük və ilk 10-luğa daxil olan audit şirkətlərində təcrübə qazanmış, sahəsi üzrə yerli və beynəlxalq sertifikatlara həmçinin beynəlxalq təlim sertifikatlarına malik olan ixtisaslaşmış mütəxəssislərdən ibarətdir.