Şirkətlər

KateqoriyalarYanğın söndürmə sistemləri
Confirex MMC logo

Confirex MMC

Yanğın söndürmə sistemləri

Confirex MMC yanğından mühafizə və yanğınsöndürmə sahəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş xüsusi lisenziya əsasında fəaliyyət göstərir. Şirkət avtomatik yanğın aşkaretmə, xəbərvermə və yanğınsöndürmə sistemlərinin, yanğınsöndürmə texnikası və vasitələrinin satışı, quraşdırılması və texniki xidməti, eləcə də yanğın söndürmə balonlarının təkrar doldurulması və keyfiyyətinin bərpası ilə məşğuldur. Missiyamız Yanğın təhlükəsizliyi sahəsində qabaqcıl beynəlxalq standartları, təcrübəni və texnologiyaları, həmçinin sosial və ekoloji məsələlərdə məsuliyyəti təşviq etməklə öz müştərilərimizi yüksək keyfiyyətli məhsul və xidmətlərlə təmin etmək. Vizyonumuz Yaxın gələcəkdə yerli bazarda yanğın təhlükəsizliyi sahəsində ən uğurlu və qabaqcıl şirkət olmaqla uzunmüddətli perspektivdə fəaliyyət dairəmizi xarici bazarlarda genişləndirmək. Məhsullarımız: - Su, Köpük, Quru Kimyəvi Toz, Karbon Dioksid (CO2) tipli ilkin yanğınsöndürmə vasitələri və avtomatik qaz yanğınsöndürmə generatorları; - Yeraltı və yerüstü hidrantlar; - Yanğınsöndürmə qutuları; - Avtomatik yanğınsöndürmə sistemləri (FM200, Novec 1230, Argonite) və avadanlıqları; - Yanğın qapıları və digər yanğın təhlükəsizliyi aksesuarları; - Avtomatik yanğından öncə xəbərverici sistemlər. Xidmətlərimiz: - Avtomatik yanğınsöndürmə sistemlərinin quraşdırılması, texniki xidməti və təmiri; - Yanğınsöndürmə ləvazimatlarının, ilkin yanğınsöndürmə vasitələrinin təmiri və onlara xidmət göstərilməsi, yanğınsöndürmə vasitələrinin keyfiyyətinin bərpası; - Yanğınsöndürmə sistemlərinin nasoslarının texniki təmir xidmətləri; - Yanğından mühafizə sistemlərinin və vasitələrinin quraşdırılması, texniki xidməti və təmiri; - Yanğın təhlükəsizliyi sahəsində təlimlərin keçirilməsi; - Mövcud yanğınsöndürmə və yanğından mühafizə sistemlərinin monitorinqi; - Təxliyə planının hazırlanması; - Yanğın təhlükəsizliyi üzrə məsləhət xidmətləri.


FIRE UNIVERSAL GROUP logo

FIRE UNIVERSAL GROUP

Yanğın söndürmə sistemləri

HAQQIMIZDA


"FIRE UNIVERSAL GROUP" MMC 2017-ci ildə təsis edilmişdir. Şirkət təhlükəsizlik avadanlıqları və sistemlərinin satışı, quraşdırılması və servis xidmətini həyata keçirməklə məşğuldur. Əsas xidmət istiqaməti  yanğın təhlükəsizliyi sahəsində fəaliyyət göstərməkdir ki, bu fəaliyyət istiqamətini həyata keçirmək üçün şirkət Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən təqdim olunmuş Xüsusi Lisenziyasına sahibdir.
Belə ki bura yanğınsöndürən balonların satışı, texniki servisi və təkrar dolum xidməti, yanğın və mühafizə siqnalizasiya sistemləri, avtomatik yanğınsöndürmə sistemləri ( sulu,qazlı və köpüklü ), ventilyasiya, tüstüsovurma və hava basıncı sistemləri, yanğın dolabları, hidrantlar, yanğına davamlı qapılar, yanğınsöndürmə şlanqları, kranları, püskürdücüləri və digər yanğınsöndürmə avadanlıqlarının satışı, quraşdırılması və servis xidmətini həyata keçirmək daxildir. Bundan əlavə şirkət təxliyyə planının hazırlanması və təstiq edilməsi,işıqlı istiqamət lövhələri, video-müşahidə sistemləri, səsləndirmə sistemləri, rabitə sistemləri (televiziya,internet,telefon), girişə nəzarət sistemləri ( damafon, turniket, şlaqbaum, kart,əl izi və biometriya ilə keçid ) və avadanlıqlarının satışı, quraşdırılması və servis xidmətini həyata keçirir.

Göstərilən fəaliyyət sahələrində  “FIRE UNIVERSAL GROUP” MMC müştərilərinə  Avropa, Asiya və Amerika ölkələri şirkətlərinin yüksək keyfiyyət standartlarına cavab verən məhsullarını təqdim edir.

Bundan əlavə qeyd edək ki, 2025-ci ilin aprel ayından eyni xidmət sahələri üzrə şirkətimizin Özbəkistan respublikasında da filialı fəaliyyət göstərir. Özbəkistandakı filialımız "FIRE CONTROL GROUP" adı altında fəaliyyətdədir. Yanğın təhlükəsizliyi sahəsində Özbəkistan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən təqdim edilmiş xüsusi lisenziyanı da əldə etmişik.

MƏQSƏD VƏ MİSSİYAMIZ


Az müddətdə fəaliyyətə başlamasına baxmayaraq “FIRE UNIVERSAL GROUP” MMC bu gün öz işini uğurla davam etdirir. Şirkətin əsas məqsədi müştəri məmnuniyyəti qazanmaqdır ki, bu işin də öhdəsindən uğurla gəlir.  Bunun əsas səbəbi kimi şirkətin rəhbər və işçi heyətinin çox yüksək iş təcrübəsinə sahib olan əməkdaşlardan ibarət olmasıdır.

Şirkətin əsas missiyası isə  bu sahədə daha da inkişaf etmək, vətəndaşlarımızı təhlükəsizlik sahəsində maarifləndirmək, keyfiyyətli iş prinsipi ilə müştərilərin rəğbətini qazanmaq, daha böyük işlərlə daha uğurlu nailiyyətlər əldə etməkdir.


XİDMƏTLƏRİMİZ


  • Yanğınsöndürən balonların satışı, texniki servisi və təkrar dolum xidməti

  • Yanğın siqnalizasiya sistemləri

  • Mühafizə siqnalizasiya sistemləri

  • Avtomatik yanğınsöndürmə sistemləri (sulu, qazlı və köpüklü)

  • Ventilyasiya, tüstüsovurma və hava basıncı sistemləri

  • Yanğın dolabları, hidrantlar, yanğına davamlı qapılar və yanğınsöndürmə avadanlıqları

  • Video-müşahidə sistemləri

  • Səsləndirmə sistemləri

  • Rabitə sistemləri (televiziya,internet,telefon)

  • Girişə nəzarət sistemləri

  • İşıqlı istiqamət lövhələri

  • Təxliyyə planının hazırlanması və təstiqlənməsi

"QIZIL ƏLLƏR" MMC logo

"QIZIL ƏLLƏR" MMC

Yanğın söndürmə sistemləri

“Qızıl Əllər” şirkəti 2005-ci ildə fəaliyyətə başlamışdır. Ölkə prezidentinin fərmanı ilə 2016-cı ildə lisenziya almışdır. 


Missiyamız insan həyatının təhlükəsizliyini təmin etmək, yanğın təhlükəsinin qarşısını almaq üçün yanğından mühafizə sistemlərinin və avadanlıqların quraşdırılmasından ibarətdir. 


Əsas məqsədimiz bu avadanlıqların istehsalının özümüz tərəfindən həyata keçirilməsidir. Digər firmalar bazarda xarici adlarla fəaliyyət göstərdiyi halda şirkətimiz bu baxımdan seçilir. Şirkətimiz bazarda mövcud olan digər şirkətlər ilə sağlam rəqabət şəraitində əməkdaşlıq edir və eyni zamanda öz çox illik təcrübəmizi onlarla paylaşırıq.

“LİDER YANĞIN “MMC logo

“LİDER YANĞIN “MMC

Yanğın söndürmə sistemləri

«Lider Yanğın MMC» Yanğın təhlükəsizlik sistemləri sahəsində sizə yüksək keyfiyyətli sertifikatlı məhsul və xidmətlər təklif edir. Sizin təhlükəsizliyiniz bizim üçün önəmlidir, xidmətlərimizi sizə təqdim etmək istərdik.


İlkin Yanğın Söndürmə Vasitələri: Odsöndürən balonların satışı və təkrar doldurulması (quru kimyəvi tozlu, sulu, köpüklü, qazlı yanğınsöndürmə sistemləri).

Yanğın Sistemlərinin Qurulması: Telefon və səs sistemləri, sulu söndürmə sistemlərinin quraşdırılması.

Tüstüsovurma Borularının Təmizlənməsi: Otellərin, restoranların, kafelərin mətbəxinin tüstüsovurma borularında yığılan yağ qatlarının təmizlənməsi.

Odadavamlı Məhlul Hopdurulması: Yanar konstruksiyalara odadavamlı məhlul hopdurulması.

Kamera və Videomüşahidə Sistemləri: Satışı və zəmanətlə quraşdırılması.

FM 200 və Novec Qazlı Söndürmə Sistemləri: Server və UPS otaqlarında dolumu və satışı (ilk dəfə Azərbaycanda).

Yanğın Siqnalizasiya Sistemləri: Çəkilməsi və quraşdırılması.

Təxliyyə Planları: Təxliyyə planlarının çəkilməsi.

Daha ətraflı məlumat üçün www.lideryangin.az saytımıza daxil olun. Hər hansı sualınız varsa, məmnuniyyətlə sizinlə danışmaq istərdik!


Sizinlə əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik!

© 2024 Markup Agency Tərəfindən yaradılmışdır.