Tədbirlər

Turan dövlətləri II İnşaatçılar və Əmlakçılar Forumu
20 Fevral 2025-ci il tarixində Bakı şəhərinin ən möhtəşəm yerlərindən biri olan Baku Marriott Hotel Boulevardda Turan Dövlətləri II İnşaatçılar və Əmlakçılar Forumu keçirilib.
Regionun inşaat və əmlak sektorunda ən mühüm və nüfuzlu tədbirlərindən biri hesab edilən forum “Gbaru.com” platformasının təşkilatçılığı ilə baş tutub.“İnşaatda güc, əlaqələrdə birlik: dayanıqlı gələcəyə doğru!” şüarı ilə keçirilən forum Turan dövlətlərinin inşaat və əmlak sektorlarında əməkdaşlığını gücləndirmək məqsədi daşıyırıbTuran Dövlətləri II İnşaatçılar və Əmlakçılar Forumu keçirilib.
Baku Marriott Hotel Boulevard-da Turan Dövlətləri II İnşaatçılar və Əmlakçılar Forumu keçirilib. Regionun inşaat və əmlak sektorunda ən mühüm və nüfuzlu tədbirlərindən biri hesab edilən forum “Biznes Mərkəzi Klubu” və “Gbaru.com” platformasının təşkilatçılığı ilə baş tutub.“İnşaatda güc, əlaqələrdə birlik: dayanıqlı gələcəyə doğru!” şüarı ilə keçirilən forum Turan dövlətlərinin inşaat və əmlak sektorlarında əməkdaşlığını gücləndirmək məqsədi daşıyırıb.
Açılış nitqində “Gbaru.com” platformasının təsisçisi İlkin Dövlətov çıxış edərək, tədbirin regional inşaat və əmlak bazarına strateji təsirini vurğulayıb. Daha sonra tədbirdə millət vəkilləri Müşfiq Cəfərov, Vüqar İskəndərov, Ceyhun Məmmədov, Türkiyənin “Alanyaspor “klubunun prezidenti,” Çavuşoğlu 07 “ inşaat şirkətinin rəhbəri Hasan Çavuşoğlu, ASK-nın vitse-prezidenti Vüqar Zeynalov, Azərbaycan Sığortaçılar Assosiasiyasının icraçı direktoru Elmar Mirsalayev və digər natiqlər Turan dövlətləri arasında iqtisadi inteqrasiyanın və sektorlararası əməkdaşlığın vacibliyini qeyd ediblər, tarix boyu bu birlik üçün səylərin göstərildiyi və hazırkı tendensiyaların bu əməkdaşlığın daha da gücləndirilməsinə ehtiyac yaratdığını önə çəkiblər.
Daha sonra panel müzakirələri başlayıb. “Texnoloji dəyişimlər dövründə şəhərlərin gələcəyi” və “İnşaat və əmlak sektorunda maliyyənin idarə edilməsi” başlıqlı panel müzakirələrdə çıxış edən ekspertlər bu sahədəki trendləri və innovativ həllər barədə geniş açıqlamalar veriblər. Diskusiyyalarda yeni bazar imkanlarının araşdırılması və Turan dövlətləri arasında investisiya axınının artırılması üçün konkret addımların atılmasının zəruriliyi qeyd edilib.
Forumda 500-dən çox müxtəlif şirkətlərin nümayəndələri iştirak edib. İştirakçılar arasında inşaat və əmlak sektorunun aparıcı şirkətləri, dövlət nümayəndələri və ekspertlər yer alıblar. Tədbirdə 10-dan çox yerli şirkətin stendlərinə baxış keçirilib.. “Gbaru.com” platformasının təsisçisi İlkin Dövlətov çıxış edərək, tədbirin regional inşaat və əmlak bazarına strateji təsirini vurğulayıb. Daha sonra tədbirdə millət vəkilləri Müşfiq Cəfərov, Vüqar İskəndərov, Ceyhun Məmmədov, Türkiyənin “Alanyaspor “klubunun prezidenti,” Çavuşoğlu 07 “ inşaat şirkətinin rəhbəri Hasan Çavuşoğlu, ASK-nın vitse-prezidenti Vüqar Zeynalov, Azərbaycan Sığortaçılar Assosiasiyasının icraçı direktoru Elmar Mirsalayev və digər natiqlər Turan dövlətləri arasında iqtisadi inteqrasiyanın və sektorlararası əməkdaşlığın vacibliyini qeyd ediblər, tarix boyu bu birlik üçün səylərin göstərildiyi və hazırkı tendensiyaların bu əməkdaşlığın daha da gücləndirilməsinə ehtiyac yaratdığını önə çəkiblər.
Daha sonra panel müzakirələri başlayıb. “Texnoloji dəyişimlər dövründə şəhərlərin gələcəyi” və “İnşaat və əmlak sektorunda maliyyənin idarə edilməsi” başlıqlı panel müzakirələrdə çıxış edən ekspertlər bu sahədəki trendləri və innovativ həllər barədə geniş açıqlamalar veriblər. Diskusiyyalarda yeni bazar imkanlarının araşdırılması və Turan dövlətləri arasında investisiya axınının artırılması üçün konkret addımların atılmasının zəruriliyi qeyd edilib.
Forumda 500-dən çox müxtəlif şirkətlərin nümayəndələri iştirak edib. İştirakçılar arasında inşaat və əmlak sektorunun aparıcı şirkətləri, dövlət nümayəndələri və ekspertlər yer alıblar. Tədbirdə 10-dan çox yerli şirkətin stendlərinə baxış keçirilib.

17 yanvar 2025-ci il tarixində İstanbul Kozyatağı Hilton Hoteldə təşkil olunan Gbaru tanıtım tədbiri
17 yanvar 2025-ci il tarixində İstanbul Kozyatağı Hilton Hoteldə təşkil olunan Gbaru tanıtım tədbiri uğurla baş tutmuşdur. Tədbirdə 60-dan çox Türkiyə şirkəti, eləcə də inşaat və əmlak dərnəkləri iştirak etmişdir.
Bu tədbir, Gbaru platformasının inşaat və əmlak sektorunda yenilikçi həllərini təqdim etmək, tərəfdaşlarla əməkdaşlıq imkanlarını genişləndirmək və bazar liderləri ilə bir araya gəlmək məqsədini daşıyırdı.
İştirakçılar, platformanın təqdim etdiyi rəqəmsal həllər, iş imkanları və özəl satınalma xidmətləri haqqında ətraflı məlumat əldə etdilər. Tədbir çərçivəsində müxtəlif panel müzakirələri, şəbəkələşmə sessiyaları və işgüzar görüşlər keçirildi.
Gbaru-nun qurucuları və rəhbər heyəti, platformanın regionda inşaat və əmlak sahəsindəki rolunu gücləndirmək və beynəlxalq bazarda tanınmasını təmin etmək üçün atdıqları addımları vurğuladılar.
Tədbir iştirakçıları Gbaru platformasının təklif etdiyi imkanları yüksək qiymətləndirdilər və gələcək əməkdaşlıqlara dair razılığa gəldilər.

GBARU.COM üzvləri, iş adamları və şirkət rəhbərlərilə İftar yeməyi
13 mart tarixində GBARU.COM üzvləri, iş adamları və şirkət rəhbərləri paytaxtın nüfuzlu "Başkənt Ağşəhər" restoranında möhtəşəm iftar yeməyində bir araya gəldilər. Tədbirdə 50-yə yaxın şirkət rəhbəri iştirak edirdi.
Bu görüş çərçivəsində GBARU.COM platformasına yeni əlavə edilən hərrac sistemi, "Buy Now, Pay Later" endirim kampaniyası və müxtəlif biznes sahələrinə aid yeni kompaniyalar geniş müzakirə olundu. İştirakçılar arasında fikir mübadiləsi aparıldı və gələcək əməkdaşlıq imkanları müzakirə edildi.
GBARU.COM platforması, biznes icmasının inkişafı üçün unikal imkanlar yaradır. Platforma, sahibkarlar üçün geniş məlumat bazası, iş elanları, tender və hərrac sistemləri, eləcə də müxtəlif endirim və kampaniyalardan faydalanmaq imkanı təqdim edir. Bundan əlavə, GBARU.COM üzvləri, şəbəkələşmə və yeni əməkdaşlıqlar qurmaq üçün platformanın interaktiv funksiyalarından istifadə edirlər.
Bu cür tədbirlər, GBARU.COM platformasının biznes icmasını daha da gücləndirmək və əməkdaşlıq əlaqələrini möhkəmləndirmək üçün mühüm rol oynayır.

10 Aprel - İnşaatçıların Peşə Bayramı Qeyd Olundu

🎉 GBARU Morning Talks uğurla baş tutdu!
🎉 GBARU Morning Talks uğurla baş tutdu!
📍 Ramada by Wyndham Hoteldə keçirilən görüşdə iş dünyasından dəyərli iştirakçılarla bir araya gəldik. Səhər yeməyi ilə başlayan tədbirimiz məhsuldar networking, GBARU.COM-un yeni layihələrinin təqdimatı və aktiv üzvlərə 1 illik rəsmi sertifikatların təqdimatı ilə yadda qaldı.
📸 Tədbirdən kadrlar aşağıdadır – birlikdə böyüyürük, güclənirik və inkişaf edirik!
Təşəkkürlər hər bir iştirakçımıza!
Yeni görüşlərdə yenidən birlikdə olmaq ümidilə! 🌐✨