
Şirkətimiz Azərbaycan Respublikası ərazisində 6 ildən çoxdur ki fəaliyyət göstərən aparıcı hüquq şirkətlərindən biri olaraq, 150-dən çox yerli və beynəlxalq şirkətlərə əmək müqaviləsi əsasında çalışan ixtisaslaşmış və təcrübəli mütəxəssislər olan vəkillərimiz, hüquqşünaslarımız vasitəsilə yüksək keyfiyyətdə korporativ hüquqi və məhkəmədə təmsil xidmətləri (500-dən çox məhkəmə işlərində uğur) göstərir.
Şirkətimiz kommersiya və qeyri-kommersiya hüquqi şəxslərə (o cümlədən fərdi sahibkarlara, fiziki şəxslərə) müqavilələr hüququ, cinayət hüququ, inzibati hüquq, əmək hüququ, əqli mülkiyyət hüququ, miqrasiya hüququ, vergi hüququ, gömrük hüququ, inzibati icraat, lisenziya, sertifikat və digər sahələrdə hüquqi məsləhətlər verir, müvafiq sənədləri tərtib edir, onlara rəy verir, problemlərin həll yollarını təklif edir, müştərini daxili və xarici hüquq münasibətlərində, dövlət orqanlarında və məhkəmələrdə təmsil edir.
Bundan əlavə, Arbitro hüquq şirkəti beynəlxalq hüquqi standartlara uyğun olaraq İSO sertifikatına sahibdir və bu sertifikat hüquqi xidmətlərimizin yüksək keyfiyyətini təsdiqləyir.
Xidmətlər

Şirkət əməkdaşlarının hüquqi maarifləndirilməsi və şirkətin hüquqi auditi

Lisenziya və icazələrin alınması

Hüquqi şəxsin təsisi və ləğvi prosesinin həyata keçirilməsi

Əmtəə nişanlarının, patentlərin, müəlliflik hüquqlarının qeydiyyatı

Keyfiyyət sertifikatlarının alınması (ISO 9001, 14001, 45001)

İşgüzar nüfuzun, azad sahibkarlıq və rəqabət hüququnun müdafiəsi

Müqavilələrin hazırlanması və ekspertizası

Kreditləşmə prosesinin müşayiəti (ipoteka, zaminlik, ekspertiza və risk analizi)

Şirkətin daxili sənədlərinin hazırlanması və hüquqi ekspertizası

Əmək qanunvericiliyi sahəsində hüquqi konsultasiya və sənədlərin hazırlanması

Şirkətin məhkəməyə qədər və məhkəmə icraatının istənilən mərhələsində təmsilçiliyi və vəkillə təmin olunması

Şirkətin hüquq və qanuni mənafelərinin cinayət təqibinin məhkəməyədək və məhkəmə icraatının istənilən mərhələsində müdafiə edilməsi

Dövlət və bələdiyyə orqanlarına müxtəlif müraciətlərin, şikayətlərin, təkliflərin hazırlanması

Məhkəmə qərarlarının icra edilməsi üzrə hüquqi tədbirlərin görülməsi

Miqrasiya sahəsində hüquqi xidmətlər

Gömrük sahəsində hüquqi xidmətlər və təmsilçilik xidmətləri

Tikinti və investisiya layihələrinə kompleks hüquqi konsultasiya xidmətləri

Daşınmaz əmlakla bağlı problemlərin həllində hüquqi dəstək
