
Şirkətimiz dam örtükləri və sendviç panellərin idxalı, istehsalı və satışı ilə məşğuldur. Həmçinin beton qəliblərin yığılması və tökülməsi zamanı istifadə olunan müxtəlif bərkidici məhsulların satışını həyata keçiririk. Məqsədimiz partnyorlarımızı dayanıqlı və effektiv həllərlə təmin etməkdir.
Təklif etdiyimiz əsas məhsullar:
Beton bərkitmə sistemləri:
Beton qəliblərin yığılması və tökülməsi zamanı istifadə olunan məngənə (çiloz), paspayılar, iskələlər və digər elementlərin satışını təklif edirik. Bu məhsullar Rusiya istehsalıdır və rəsmi nümayəndəsi olduğumuz “Promişlennik “ ( www.prom23.az ) şirkətinə aiddir.
Dam örtükləri:
Müxtəlif növ metal (Rusiya istehsalı) və kirəmit (Almaniya istehsalı) dam örtükləri ilə həm davamlılıq, həm də estetik görünüş təmin olunur.
Sendviç panellər:
Tez quraşdırılan, istilik izolyasiyasına malik keyfiyyətli panellər sənaye və kommersiya obyektləri üçün ideal seçimdir.
Layihələrə uyğun olaraq xüsusi iskələ həlləri də təqdim edə bilərik.