"ENEM-AY AUDİT and TAX" MMC
"ENEM-AY AUDİT and TAX" MMC

“ENEMAY Financial Consulting and Career Center” MMC hüquqi və fiziki şəxslərə məsləhət xidmətləri sahəsində dinamik inkişaf edən bir şirkətdir. 18.05.2017 – ci il may ayında təsis edilmiş və həmin aydan etibarən fəaliyyətə başlamışdır.

Şirkətimiz tərəfindən bütün növ müəssisə, təşkilat və sahibkarlıq fəaliyyati ilə məşğul olan fiziki şəxslərə aşağıdaki qeyd olunan xidmətlər göstərilir:

  • Mühasibatlıq
  • Vergi, gömrük və hüquq
  • Audit
  • Maliyyə
  • Ekspertiza
  • Kadr işinin təşkili
  • Biznesin yaradılması və başlanması
  • Menecment sistemin yaradılması
  • Autsorsinq
  • Konsultasiya

Vergi (səyyar, kameral və operativ) və digər orqanların yoxlamaları zamanı vergi ödəyicisinin qanuni maraqlarının qorunması təmin olunur.

Xidmətlər

Mühasibatlıq

Mühasibatlıq

Sifarişçinin görülmüş işlərə və satılmış mallara görə hesab fakturaların, qaimə fakturaların, təhvil – təslim aktlarının hazirlanması; Mühasibat uçotu haqqında qanunun və vergi məcəlləsinin tələblərinə əsasən mühasibat uçotunun aparılması; Vergi, DSMF, Statistika və digər hesabatların hazırlanması və təqdim edilməsi; Bank hesabatlarının, pul vəsaitinin hərəkəti hesabatlarının hazırlanması; Əmək haqqı üzrə vergi və sosial sığorta haqqlarının ödənişinin həyata keçirilməsi; Yeni müəssisələrin qeydiyyatdan keçirilməsi, qeydiyyatdan çıxarılması və ya məlumat dəyişikliyinin (təsisçi, ad, nizamnamə və hüquqi ünvan) həyata keçirilməsi; Vergi orqanında obyektlərin, nəzarət-kassa aparatlarının qeydiyyata alınması və çıxarılması; Möhür, ştamp və ciddi hesabat blanklarının hazırlatdırılması; Müəssisələrin tələbinə uyğun olaraq 1 C mühasıbatlıq sistemin qurulması və təlimlərin həyata keçirilməsi
Vergi, Gömrük & Hüquq

Vergi, Gömrük & Hüquq

Qloballaşma şəraitində sürətlə dəyişən iqtisadi mühitdə, həm hüquqi, həm də fiziki şəxslərə vergi, gömrüklə bağlı hüquq və vəzifələrini yerinə yetirmək üçün strateji şəkildə qərarları verərkən riskləri idarə etməyinizə yardımçı oluruq. Daimi axınla tənzimləmə mürəkkəbliyi ilə idarə olunan və iqtisadi risklərlə dolu bir dünyada vergi, gömrük və hüquq xidmətləri və sair işlərinizə təsir edə biləcək dəyişikliklərin qarşısını almaqda yaxından köməklik göstəririk. Mütəmadi şəkildə birləşmiş qlobal şəbəkə ilə təchiz olunan, gərəkli zamanda vergi, gömrük eləcə də hüquqi texniki ekspertizayla birlikdə, əməliyyatlarınızı peşəkar səviyyədə irəliyə aparacaq və uyğun qərarlar qəbul etməyiniz üçün kritik kontekstlərin həllini təmin edirik. Qlobal və yerli olaraq sizin yararınıza mürəkkəblikdən icraata keçməyinizə imkan verən ən yüksək səviyyədə inteqrasiya edilmiş vergi, gömrük və hüquqi strategiyaları hazırlayırıq. Vergi, Gömrük İdarələri və digər rəsmi strukturlarda agent qismində çıxış etmək (təmsilçilik); Məhkəmələrdə və dövlət orqanlarında müştərinin maraqlarını təmsil etmək; Məqbul borcların silinməsi üzrə sxemlərin hazırlanmasında debitor və kreditorların qarşılıqlı əlaqəsi; Müştərilərin hüquqlarını və maraqlarını müdafiə etməsi; Vergi strategiyalarının təminatı üzrə konsaltinq; Vergi qanunvericiliyinə əsasən konsaltinq; Əmək qanunvericiliyinə əsasən konsaltinq; Mülki məcəlləyə əsasən konsaltinq; Vergi qanunvericiliyində dəyişikliklər üzrə monitorinq; Sadə və xüsusi vergi rejimli şirkətlər üçün vergi tutma prosesinin planlaşdırılması; Vergilərin hesablanması və ödənilməsinin optimalaşdırılması; Sərmayə layihələrinə müvafiq rəylər; Müqavilələrin və digər hüquqi sənədlərin hazırlanması və yoxlanması; Məlumat dəstəyi. Vergi, Gömrük İdarələrində və digər rəsmi strukturlarda agent qismində çıxış etmək (təmsilçilik); Məhkəmələrdə və dövlət orqanlarında müştərin maraqlarını təmsil etmək; Məqbul borcların silinməsi üzrə sxemlərin hazırlanmasında debitor və kreditorların qarşılıqlı əlaqəsi; Müştərilərin hüquqlarını və maraqlarını müdafiə etməsi
Audit

Audit

Xüsusi audit; Daxili audit; Daxıli prosedurların nəzarətinin gücləndirilməsi; Beynəlxalq Audit Standartlarına əsasən maliyyə hesabatlarının auditi (BAS); Müstəqil auditorlar tərəfindən kompleks audit yoxlamasının həyata keçirilməsi, audit rəylərin hazırlanması
Maliyyə

Maliyyə

Vergi öhdəliklərilə yanaşı digər ödənişlərin hesablanması və ödənilməsi üzrə məsləhətlərin verilməsi; Ayrı-ayrı maliyyə və vergi sxemlərinin hazırlanması və tətbiqi; Bağlanmış aktlar üzrə vergilərə və digər icbari ödənişlərə dair məsləhətlərin verilməsi; Aktların qanuniləşdirilməsi və ödəmə üzrə əməliyyatların izlənməsi; Vergilərin və digər ödənişlərin minimallaşdırılması baxımından müqavilələrin analizi; Müəssisələrə cari abonent xidmətləri; Vergi və digər dövlət orqanlarında müştərinin maraq və hüquqlarının müdafiəsi

© 2024 Markup Agency Tərəfindən yaradılmışdır.