
Haqqımızda:
Geotest MMC 2020-ci ildən Azərbaycanda və Xəzər Regionunda yüksək
təhlükəsizlik standartlarına, ixtisaslaşmış işçi qüvvəsinə malik olan mühəndis-geotexniki təqdiqatlar aparan şirkətdir. Komanda yoldaşlarımızla artıq 3 ildən çoxdur ki, fəaliyyət göstəririk. Son 3 ildə Geotest MMC, müştərilər arasında fərq qoymadan, kiçik səhmdar müəssisələrdən tutmuş, iri dövlət təşkilat və qurumlarına qədər bütün müştərilərinə müvəffəqiyyətlə xidmət etmiş və dəyər vermişdir.
Missiyamız:
Professional işçi qüvvəmizlə müştərilərin hər zaman doğru seçimi olaraq qalmaq.
Hədəfimiz: Gələcək nəsillər üçün ətraf mühiti qorumaq və sinfinin ən yaxşı mühəndis-geoloji xidmət göstərənlərindən biri olaraq tanınmaqdır.
Dəyərlərimiz:
Təhlükəsizlik:
İşimizdə əsas öncəlik təhlükəsizliyin ən yüksək səviyyədə nizamlanması və bədbəxt hadisələrdən maksimum yayınmaqdır.
Keyfiyyət:
Əsas diqqətimiz məlumatların əldə edilməsi, emalı və təsvir edilməsində keyfiyyətin təminatına yönəlib.
Müştəri-yönümlülük:
Keyfiyyətli və uzun müddətli əməkdaşlığı davam etdirmək üçün müştərilərimizin gözləntilərini yüksək səviyyədə qarşılayır və üstələyirik.
İnnovasiya:
Kollektivimiz öz işlərinin daha da keyfiyyətli görülməsini təmin etmək üçün onları ən son texnoloji avadanlıqlarla təchiz edir, innovativ ideya və fürsətlərin yaranmasına yol açacaq iş mühiti yaradırıq.
Sətəm:
İş prosesi zamanı yüksək keyfiyyətli xidməti qoruyub saxlamaqla bərabər, əsas diqqət etdiyimiz məqam – bütün işçilərin sağlamlığını qorumaq, əməyin təhlükəsizliyini təmin etmək, ətraf mühiti qorumaqdır.
- E-poçtinfo@geotest.az
- Telefon+994 512707294
- ÜnvanCavadxan küçəsi 31