Heritus Logistics
Heritus Logistics

“Heritus Logistics & Trading” müştərilərimizə beynəlxalq səviyyədə nəqliyyat və logistika yükdaşımalarını avtomobil, dəmiryolu və eləcədə havayolu nəqliyyatı vasitəsi ilə xidmətlərini təqdim edir. Şirkətimiz Avropa, Orta Asiya və MDB ölkərərində yükdaşımalarını həyata keçirməklə yanaşı, beynəlxalq standartlara uyğun nəqliyyat vasitələri (Euro 6, ISO konteynerlər və s.), eləcədə xüsusi sertifikatlara (ADR və s.) malik sürücülər tərəfindən istənilən vaxt və mükəmməl icra edilməsinə xüsusi önəm verir. “Heritus Logistics & Trading” şirkəti hər müştəriyə uyğun olacaq bir sıra müxtəlif logistika xidmətləri göstərir. Xidmətlərimizə daxildir:

  • Ümumi beynəlxalq yükdaşımaların təşkili (qapıdan-qapıya prinsipi ilə)
  • Avtomobil daşımaları
  • Dəniz daşımaları
  • Dəmiryol daşımaları
  • Konteyner daşımaları (ISO və s.)
  • Terminal və liman xidmətləri
  • İntermodal və multimodal daşımalar


Xidmətlər

Avtomobil Daşımalarında Üstünlüklərimiz

Avtomobil Daşımalarında Üstünlüklərimiz

1. "Qapıdan qapıya" çatdırılma - Yükünüz birbaşa istədiyiniz nöqtədən götürülür və təyinat yerinə çatdırılır – aralıq mərhələlər olmadan, vaxt və xərc itkisindən yayınaraq. 

2. Maksimum mobillik - Gözlənilməz vəziyyətlərdə belə çevik marşrut dəyişikliyi ilə yüklərinizin vaxtında və təhlükəsiz çatdırılmasına zəmanət. 

3. Tam universallıq - İstər təhlükəli, istər iri həcmli, istərsə də standart yüklər – parkımızda hər yükə uyğun müasir texnika var. 

 4. Real vaxtda izləmə (Treking)- Naviqasiya sistemləri vasitəsilə yükünüzün harada olduğunu anbaan izləyin. Vaxtı düzgün planlayın, müştərinizi vaxtında məlumatlandırın.

 5. Əlçatanlıq – 24/7 rejimi - İstənilən vaxt yükləmə və boşaltma – biznesinizin ritmini pozmadan daşımalar həyata keçirin.
Dəmiryolu Daşımalarının Üstünlükləri

Dəmiryolu Daşımalarının Üstünlükləri

1. Məhsul başına daha sərfəli qiymət - Yol nə qədər uzaq olsa da, hər kiloqram üçün ödənilən məbləğ azalır. Böyük həcmdə idxal və ixrac edənlər üçün ideal həll.

 2. Yüksək yükgötürmə tutumu - Bir reyslə tonlarla məhsul daşımaq mümkündür – maliyyəti azaldır, təchizat zəncirini gücləndirir.

 3. Ağır və irihəcmli yüklər üçün uyğundur - Avtomobil və hava daşımalarının çətinlik yaratdığı yükləri dəmiryolu rahatlıqla daşıyır – logistik riskləri minimuma endirir. 

4. Hava şəraitindən asılı deyil - Yağış, qar, külək – fərq etməz. Yükünüz qrafik üzrə hərəkətdədir, gecikmə riski azdır.
Dəniz Daşımalarının üstünlükləri

Dəniz Daşımalarının üstünlükləri

1. Minimum Maya Dəyəri - Uzaq məsafələrə ən qənaətcil nəqliyyat vasitəsi. İdxal və ixracda ciddi qənaət imkanı.

 2. Qitələrarası Əlçatanlıq - İstənilən ölkədən məhsul almaq və göndərmək mümkündür – coğrafi sərhədlər sizin üçün əngəl deyil. 

3. Yük Tipindən Asılı Olmayan Daşıma - İriqabaritli, tökmə və ya konteyner yüklər – hamısı üçün uyğun həll. İstehsalçılar və böyük tədarükçülər üçün ideal.

 4. Maksimum Etibarlılıq - Limanlarda ciddi nəzarət, konteynerin mühafizəli strukturu – yükünüz qorunur, zərər riski minimumdur.

 5. Sadə və Sürətli Yükləmə-Boşaltma - Standart konteynerlərlə prosesi sürətləndirin, vaxta və resursa qənaət edin.
Havayolu Daşımalarının üstünlükləri

Havayolu Daşımalarının üstünlükləri

1. Sürət - Havayolu nəqliyyatı digər nəqliyyat vasitələri ilə müqayisədə ən sürətli daşıma üsuludur.Uzaq məsafələri çox qısa zamanda qət etməyə imkan verir. 

2. Təhlükəsizlik - Statistikaya görə, havayolu nəqliyyatı ən təhlükəsiz nəqliyyat növlərindən biridir.Uçuşlar ciddi texniki və təhlükəsizlik yoxlamalarından keçir. 

3. Dəyərli və təcili yüklər - Qiymətli və vaxt həssas yüklərin (məsələn, dərman, sənədlər, elektronika) tez çatdırılması üçün idealdır.Hava daşımaları loqistikdə vacib rola malikdir. 

4. Ərazi Maneələrinin Olmaması - Dağ, dəniz, çay və s. təbii maneələr hava yolu üçün əhəmiyyət kəsb etmir.Coğrafi çətinliklərə baxmayaraq, birbaşa marşrutlarla daşımalar mümkündür. 

5. Qlobal Əhatə - Dünyanın bir çox ölkə və şəhərlərinə hava yolları vasitəsilə asanlıqla çatmaq mümkündür.
Multimodal Daşıma

Multimodal Daşıma

Multimodal nəqliyyat, iki və ya daha çox nəqliyyat növünün – avtomobil, hava, dəniz və dəmir yolunun kombinasiyası ilə həyata keçirilən daşımadır. Bu model: 
✅ Ən optimal marşrutun qurulmasına, 
✅ Nəqliyyat xərclərinin azaldılmasına, 
✅ Coğrafi cəhətdən uzaq nöqtələrin birləşdirilməsinə 
✅ Və yüksək sürətli çatdırılmanın təmin olunmasına şərait yaradır. 

 Multimodal nəqlin daşınması mümkün olan yüklər: 
 ✔ Tökmə və maye halında mallar 
✔ Komplekt və yığma yüklər
 ✔ Ədədhesabı qablaşdırılmış mallar
 ✔ Əndazəsiz və iri qabaritli yüklər 
✔ Həcmli, lakin yüngül çəkili əşyalar 
✔ Ağırçəkili sənaye yükləri 
✔ Təhlükəli maddələr (ADR 1-ci sinif daxil olmaqla)
Heritus logistics olaraq göstərdiyimiz beynəlxalq daşınma xidməti ilə yanaşı kompleks xidmətlər də təklif edirik

Heritus logistics olaraq göstərdiyimiz beynəlxalq daşınma xidməti ilə yanaşı kompleks xidmətlər də təklif edirik

✔ Layihə Daşınması 
✔ Yüklərin sığortalanması 
✔ Gömrük rəsmiləşdirilməsi xidmətləri 
✔ Yüklərin izlənməsi
 ✔ Ticarət xidmətləri
 ✔ Anbar xidmətləri 
✔ İdxal-ixrac müşayiəti
 ✔ Yüklərin göndərilməsi

© 2024 Markup Agency Tərəfindən yaradılmışdır.