
İnşaat MS sənaye və inşaat sahəsində fəaliyyət göstərən müəssisələr üçün yüksək keyfiyyətli Fərdi Mühafizə Vasitələrinin etibarlı təchizatçısıdır. Şirkətimiz ustalar, montajçılar, qaynaqçılar və riskli sahələrdə çalışan peşəkarlar üçün gündəlik iş prosesində təhlükəsizliyi və rahatlığı təmin edən geniş məhsul çeşidi təqdim edir.
● Məhsul portfelimiz aşağıdakı əsas kateqoriyaları əhatə edir:
-Fərdi mühafizə vasitələri: təhlükəsizlik əlcəkləri (montajçı və qaynaqçı əlcəkləri daxil olmaqla), təhlükəsizlik
eynəkləri, təhlükəsizlik jiletləri, dəbilqələr
-Yüksəklikdə iş və qoruyucu sistemlər: ustalar üçün kəmərlər, harneslər, lanyardlar, karabinlər
-Qaldırma və bağlama avadanlıqları: sapanlar, ratchet straplar
-Kimyəvi və sənaye mühafizəsi: kimyəvi işlər üçün kombinizonlar, inspeksiya spreyləri
-Köməkçi və istehlak materialları: cotton rags
-Əl alətləri: usta əl alətləri
● Təqdim etdiyimiz bütün məhsullar dünya və Avropa sertifikatlarına malikdir və beynəlxalq standartlara tam uyğun şəkildə seçilmişdir. Satış xidmətinin və məhsulun keyfiyyətini daima qüvvədə saxlamaq üçün ISO 9001-2015 sertifikatına üzv olmuşdur.
● İnşaat MS fəaliyyətini etibarlı və tanınmış beynəlxalq istehsalçılarla əməkdaşlıq əsasında qurur.
Tərəfdaşlarımız arasında A-stabil, Emaf, ESG, LIONCARE, Magnaflux, Udyogi, Hoater, Chen Li, Lockey və Uyustools kimi tanınmış markalar yer alır. Bu əməkdaşlıqlar bizə müştərilərimizə yüksək keyfiyyətli, davamlı və etibarlı həllər təqdim etməyə imkan verir.
● Şirkətimiz topdan və pərakəndə satış həyata keçirərək, həm iri layihələr, həm də fərdi müştərilərin tələbatını operativ və çevik şəkildə qarşılayır. İnşaat MS olaraq məqsədimiz — təhlükəsiz iş mühitinin formalaşdırılmasına töhfə vermək və müştərilərimizi etibarlı məhsullarla təmin etməkdir.
Xidmətlər













