"KOMFY" MMC
"KOMFY" MMC

Biz yerli matras istehsalçısıyıq və yuxu üçün lazım olan məhsulları sizə ən münasib formada çatdırmağa çalışırıq. Klassik yaylı matraslar, poket yaylı hibrid matraslar, orqanik latex və memory foam matraslarla yanaşı müxtəlif növ yorğan, yastıq, matras üzlüyü və.s kimi yuxunuzu mükəmməlləşdirmək üçün lazım olan hər məhsulu təmin edirik.


Biz başa düşürük ki, matras (döşək) seçmək asan deyil, ona görə də 30 gün yatıb sonra istəsəniz dəyişmək, istəsəniz hətta qaytarmaq imkanını təmin etdik. Alın döşəyi, 30 gün yatın üstündə, əgər fikirləşsəniz ki, daha yumşağı, daha yaxşısı, daha bərki və.s sizin üçün lazımdır, onda bizə xəbər edin, biz sizdən köhnəi götürək, yenisini verək. Əsas odur sizin yuxunuz şirin olsun.


İstehsal etdiyimiz məhsullarda əsasən Belçikanın məşhur Bekaert markasına aid parçalar istifadə edirik.

Bizim məhsullarımızı istər Bakıda, istərsə də rayonlarımızda 100-dən çox mebel mağazasında tapa bilərsiniz. Lakin istəyirsiniz elə burdan online sifariş edin düz otağınıza çatdıraq. Həmçinin Instagram və Facebook vasitəsilə də bizimlə əlaqə saxlaya bilərsiniz.

Xidmətlər

Ortopedik və Premium Matrasların Satışı

Ortopedik və Premium Matrasların Satışı

Komfy.az, müxtəlif ölçü və sərtlik dərəcələrinə malik, müasir texnologiyalarla hazırlanmış matras modelləri ilə geniş müştəri ehtiyaclarını qarşılayır. Hər bir model, fərqli bədən quruluşu və yuxu vərdişləri nəzərə alınmaqla hazırlanır. Əsas modellərə aşağıdakılar daxildir: Goldline – Klassik ortopedik rahatlıq təqdim edən bu model, bel və onurğa dəstəyi ilə seçilir. Rahatlıq və sərtlik balansı ilə həm gənclər, həm də yaşlılar üçün uyğundur. Morbido – Yumuşaq və bədənə uyğunlaşan quruluşu ilə fərqlənir. Xüsusilə təzyiq nöqtələrini azaldaraq daha dərin və sakit yuxu təcrübəsi yaradır. Adaptive – Temperatur və bədən hərəkətlərinə reaksiya verən materiallardan hazırlanmış bu model, fərdi uyğunlaşma ilə dinamik komfort təmin edir. Majestik – Premium sinfə aid bu model, çoxqatlı strukturu və hava keçiriciliyi ilə yüksək səviyyəli ortopedik dəstək və ventilyasiya təklif edir. Intense – Yüksək gərginlik və stressi azaltmaq məqsədilə hazırlanmış, antistatik xüsusiyyətə malik matrasdır. Uzun iş günündən sonra bədəni və əzələləri rahatlatmağa yönəlib.
30 Gün "Yat-Yoxla" Zəmanəti

30 Gün "Yat-Yoxla" Zəmanəti

Komfy.az müştəri məmnuniyyətini prioritet istiqamət kimi müəyyən edərək, ölkədə unikal hesab olunan “30 Günlük Yat və Yoxla” zəmanət proqramını təqdim edir. Bu zəmanət siyasəti, alıcılara rahatlıqla və risk etmədən seçim etmə imkanı yaratmaq məqsədi daşıyır. Əldə etdiyiniz matrasın sizin yuxu rejiminizə və bədən tipinizə uyğun olub-olmamasını müəyyən etmək üçün adətən müəyyən vaxt tələb olunur. Məhz bu səbəbdən Komfy.az, hər bir müştəriyə 30 gün ərzində matras məhsulunu real şəraitdə – ev mühitində sınaqdan keçirmək hüququ verir. Əgər məhsul gözlənilən komfort və ortopedik dəstəyi təmin etməzsə, müştəri satın aldığı matrasın dəyişdirilməsi və ya geri qaytarılması üçün müraciət edə bilər.

© 2024 Markup Agency Tərəfindən yaradılmışdır.