
Loyal Building MMC tikinti və təmir sahəsində fəaliyyət göstərən peşəkar şirkətdir. Şirkətimiz yaşayış, kommersiya və sənaye obyektləri üzrə geniş spektrli tikinti, təmir və bərpa işlərini həyata keçirir. Əsas məqsədimiz müştərilərimizə keyfiyyətli, etibarlı və uzunömürlü həllər təqdim etməkdir.
Fəaliyyət istiqamətlərimizə yaşayış və qeyri-yaşayış obyektlərinin tikintisi, daxili və xarici təmir-tikinti işləri, su kanallarının təmiri və bərpası, eləcə də müxtəlif təyinatlı obyektlərin yenidənqurulması daxildir. Layihələrin icrasında müasir texnologiyalardan və keyfiyyətli materiallardan istifadə edərək işləri vaxtında və mövcud standartlara uyğun şəkildə təhvil veririk.
Bununla yanaşı, Loyal Building MMC dövlət qurumları tərəfindən keçirilən tenderlərdə aktiv iştirak edir və meliorasiya, ekologiya və təhsil sahələri üzrə dövlət əhəmiyyətli layihələrin icrasını həyata keçirir. Şirkətimiz bu layihələrdə peşəkarlıq, məsuliyyət və yüksək keyfiyyət prinsiplərini əsas tutur.
Loyal Building MMC olaraq hər bir layihəyə məsuliyyətlə yanaşır, müştəri məmnuniyyətini və işin keyfiyyətini daim ön planda saxlayırıq.
- Telefon+994 552969752
- ÜnvanAşıq Alı 4 m 8