"MƏKAN-İNŞAAT" MMC
"MƏKAN-İNŞAAT" MMC

“Məkan İnşaat” MMC fəaliyyətinə 2015-cı ildən başlamışdır. Bu zaman ərzində bir çox yaşayış və qeyri yaşayış obyektlərinin (inzibati binalar, yüksək mərtəbəli yaşayış binaları, otel, villa, bağ evi, kotec, hovuz, ofis, restoran və s. layihələndirilməsini etmişdir. 

Layihələndirmə və tikinti sahəsində böyük təcrübəyə malik, və qabaqcıl texnologiyalardan istifadə edən peşəkar memar-dizaynerlər, mühəndislər və inşaatçılardan ibarət komandamız formalaşmışdır.

    Müəsissəmiz faəliyyətə başladığı ilk gündən hər zaman müştəri məmnuniyyətini prioritet tutduğu üçün əməkdaşlarımız işə yüksək həssaslıqla yanaşır, layihələrimizin dünya standartlarına uyğun keyfiyyətli olması üçün çalışırlar. Bəllidir ki, dünyada artan ehtiyaclar, inkişaf edən texnologiya ilə birlikdə insanlar daha keyfiyyətli və daha gözəl evlər, iş yerləri, ticarət mərkəzləri və s. ilə təmin olunmaq istəyirlər. Buna görə də biz sifarişçilərimizə geniş imkanlar yaradaraq işimizi bu istiqamətdə inkişaf etdiririk. 

     Bütün bunlara nail olmaq üçün müəsissəmiz daim tikintinin müasir metodlarına, beynəlxalq standartlara yiyələnir və fəaliyyətində tətbiq edir. Müəsissəmiz eyni zamanda memarlıq və inşaat sahəsində baş verən bütün yenilikləri yaxından izləyərək, ortaya çıxan yeni özünə məxsus metod və texnologiyaları layihələndirmə zamanı tətbiq edir.

     Layihələndirmə tikinti prosesinin başlanğıc mərhələsidir. Şirkətimiz tikiləcək obyektin funksionallığı, təhlükəsizliyi və enerji səmərəliliyini təmin edəcək təkliflər təqdim edir və layihələndirmə prosesinə xüsusi diqqət yetirir. Layihələndirmə mərhələsində tikiləcək binanın tam və ətraflı təsvirini təqdim edir, bütün incəlik və xüsusiyyətləri nəzərə alaraq müştərilərin tələblərinə cavab verəcək işi ərsəyə gətiririk. 

     Layihələndirmə mərhələsində əsas məqsəd həyata keçiriləcək layihə işlərinin cizgilərini hazırlamaq və təhlükəsizlik tədbirləri üzərinə daha çox diqqət ayırmaqdır. Layihənin icrası zamanı sifarişçi tərəfdən təqdim olunan layihə tapşırıqı, tikinti normaları və texniki nizamnamə tələbləri, həmçinin tikinti sahəsinin spesifik vəziyyəti nəzərə alınır. Nəticədə, müvafiq bir layihə hazırlanır və bu sənəd əsasında tikinti prosesi həyata keçirilir. 

     Layihə üzrə işlər ilk olaraq məlumatların toplanması ilə başlayır. Geotexniki sınağın nəticələri ilə bağlı hesabatda qrunt və yeraltı suların vəziyyəti barədə məlumat yer alır. Topoqrafik planda isə ərazinin xüsusiyyətləri və məhdud cəhətləri barədə məlumatlar öz əksini tapır. Bu məlumatlara isə qırmızı xətlər, relyef, ətrafdakı tikililər, yeraltı kommunikasiyalar və yaşıllıq sahəsi aid edilir. Texniki şərtlər isə enerji sərfiyyatı ilə bağlı məsələləri həll edir və şəhər şəbəkələrinə qoşulma nöqtələrini müəyyənləşdirir. Layihə üzrə tamamlanmış sənədlər bir neçə cilddən ibarət olur və buraya yanğın təhlükəsizliyi, ətraf mühitin qorunması və insolyasiyanı təmin edən tədbirlər barədə xüsusi bölmələr daxildir.

Layihə üzrə işlər

    Müasir bina və tikililərin layihələndirilməsi ilkin həllərin hazırlanması ilə başlayır. Layihənin ilkin dizaynı obyektin və mərtəbələrin planlarından, bölmələrdən, perspektiv təsvirlərdən və fasadlardan ibarətdir.

    Müştəri inşa ediləcək binanın, onun funksional xüsusiyyətlərinin və yerləşməsinin tam təsvirini əldə edəcək. O, bununla yanaşı, tikilinin ərazidə sahib olduğu memarlıq perspektivlərini də qiymətləndirmək imkanına sahib olacaqdır. Şirkətimiz müxtəlif mürəkkəblikdə olan layihələrin hazırlanması ilə məşğul olur. 

 

 

İşçi layihə 

    Tikintilərin layihələndirilməsi zamanı konstruktiv həllər texniki və iqtisadi göstəricilərdən asılı olur. Konstruksiyaların dizaynı istifadə olunan materiallar da nəzərə alınmaqla, konkret tikinti şərtlərinə əsaslanır. Bina və digər tikililərin layihələndirilməsi texniki həll və şərtlər nəzərə alınmaqla, əməyin intensivliyi və tikinti xərclərinin maksimum azaldılması ilə həyata keçirilir. Binaların dizaynı zamanı müasir tikinti materiallarından istifadə nəzərə alınır.

     İş sənədlərinə əsasən tikinti-quraşdırma işlərinin maya dəyəri hesablanır və smeta tərtib edilir. Bölmənin tərkibi tapşırıq tərtib edilərkən müəyyən edilir.

 

Layihə üzrə sənədlərin tərkibinə aşağıdakilar aiddir:

·      Eskiz layihə

·      Memarlıq işçi layihəsi

·      Baş plan (relyefin təşkili, torpaq işləri, abadlıq işləri bağlantı planı)

·      Ümumi izahat yazısı

·      Konstruksiya cizgiləri

·      Konstruksiya hesabatı

·      Dəmir-beton hissələr üçün konstruksiya layihəsi

·      Metal hissələr üçün konstruksiya layihəsi

·      Metal hissələr üçün istehsal cizgiləri

·      Metal hissələr üçün ekspertiza layihəsi

·      İsitmə və ventilyasiya layihəsi

·      Su və kanalizasiya sistemləri

·      Elektrik işıqlanma və güc avadanlıqları

·      Rabitə siqnalizasiya layihəsi

·      Yanğın siqnalizasiya layihəsi

·      Videomüşahidə sistemi

·      Texnologiya

·      Ekologiya bölməsi

·      Tikintinin təşkili layihəsi

·      Mühəndis geoloji hesabatı

·      Ərazinin topoqrafik xəritəsi, hesabatı

·      İnsolyasiya layihəsi

·      Baş müfəssəl planların hazırlanması

 


Əlaqə məlumatları

Xidmətlər

Sky Home

Sky Home

“Sky Home” layihəsi Bakı şəhərinin ən prestijli ərazilərindən biri olan Qələbə dairəsinin yaxınlığında, Şəfaət Mehdiyev küçəsinə bitişik mövqedə yerləşir. Yasamal parkına cəmi 5 dəqiqəlik piyada məsafədə yerləşən bu müasir yaşayış kompleksi həm şəhər infrastrukturu ilə sıx inteqrasiya olunmuş, həm də təbii mənzərəyə açılan geniş görüntüsü ilə fərqlənir. “Sky Home” layihəsi 18 və 16 mərtəbəli olmaqla ümumilikdə 3 yaşayış binasından ibarətdir. Hal-hazırda kompleksin tikinti işləri sürətlə davam etdirilir.
SWİSS OTEL

SWİSS OTEL

Gürcüstan Respublikası, Kabuleti şəhəri – Qara dəniz sahilində yerləşən kazino binası layihəsi çərçivəsində tikinti işləri aktiv şəkildə davam etdirilir. Layihə yüksək dayanıqlığa malik dəmir-beton rigellərin istifadəsi ilə həyata keçirilir. Hazırda obyektin konstruktiv hissəsində 12 metr, 15 metr və 17 metr uzunluğa malik monolit dəmir-beton rigellərin quraşdırılması işləri icra olunmaqdadır. Kazino binası həm memarlıq həlli, həm də mühəndis yanaşması baxımından müasir standartlara uyğun şəkildə inşa olunur
Ələt İqtisadi Zonasında inşa ediləcək İnnovativ enerjiyə qənaət edən avadanlıqların istehsalı üçün zavodun layihəsi

Ələt İqtisadi Zonasında inşa ediləcək İnnovativ enerjiyə qənaət edən avadanlıqların istehsalı üçün zavodun layihəsi

Azərbaycanın dayanıqlı inkişaf strategiyasına uyğun olaraq, enerjiyə qənaət edən texnologiyaların yerli istehsalını təmin etmək.
ASAN XİDMƏT

ASAN XİDMƏT

Gəncə şəhərində yerləşən ASAN Xidmət binasının fasadında həyata keçirilən metal konstruksiya işləri çərçivəsində, memarlıq baxımından innovativ və funksional yanaşmanı özündə birləşdirən, günəş və yağıntı təsirlərindən qorumaqla yanaşı, estetik görünüşü də təmin edən və təxminən 12 metrlik çıxıntıya malik olan yelkən formalı konsol konstruksiyalarının layihələndirilməsi və montajı nəzərdə tutulur.
Biləcəri-2 layihəsi

Biləcəri-2 layihəsi

Biləcəri-2 layihəsi çərçivəsində tikinti prosesi zamanı konstruksiya və kommunikasiya sistemlərinə dair əsas işlər uğurla həyata keçirilmişdir.

© 2024 Markup Agency Tərəfindən yaradılmışdır.