
Müəssisəmiz 2016-cı ilin iyun ayından etibarən Azərbaycan Respublikasında yalnız bir məqsəd, Respublikamızda fəaliyyət göstərən müəssisələrin əsasən, kimyəvi məhsullara olan tələbatını ödəmək üçün fəaliyyətə başlamışdır.
Məqsədimiz, Rusiya Federasiyasindan iri həcimli kimyəvi məhsulların idxalını, təqdimatını həyata keçirərək, dövriyyəsi iri həcimli treyder müəssisəsinə çevrilməmizdir ki, artıq demek olar ki, buna nail olmuşuq. Belə ki, ilk aylardan təqdim edilən kimyəvi məhsulların həcmi 700 tondan 5000 ton həcminə çatdırılmışdır və artmaqda da davam edir.
Müəssisəmiz iri həcimli şüşə istehsalı ilə məşğul olan şirkətlərlə- bunlardan “İnterGlass” MMC, “Bakı Glass” MMC, “Caspian Glass”MMC əlaqələr quraraq ayda 700-1000 ton həcmində kalsiləşdirilmiş soda M-A, “AzərSu” ASC ilə əlaqələr quraraq 600 ton həcmində maye xlor, hipoxlorid və s. reogentlər, Gürcüstan Respublikasında fəaliyyət göstərən “Rustavi Azot” SC ilə müqavilə bağlayaraq ayda 700-1200 ton maye kaustik soda malının təqdimatını və satışını həyata keçirir.
Məhsullarımız Rusiya Federasiyasından idxal edildiyindən keyfiyyəti zəmanətlidir. Gərgin əmək, nizm-intizam, keyfiyyət uzunmüddətli iş birliyinin bünövrəsidir.
Müəssisəmiz gələcəkdə, məhsullarımızın çeşidini artıraraq satış həcmini artırmağa, yeni yerli şirkətlərlə əməkdaşlıq etməyə, həmçinin xarici bazarlarda da öz yerini möhkəmləndirməyə böyük səylə çalışır.