"SM CONSULTİNG"MMC
"SM CONSULTİNG"MMC

“SM Consulting” MMC 2014-cü ildən Azərbaycanda sahibkarlara vergi, mühasibatlıq və kadr idarəçiliyi üzrə xidmətlər göstərir. Şirkət yarandığı gündən əsas məqsədini bizneslərin inzibati yükünü yüngülləşdirmək, vergi, maliyyə və hüquqi risklərini minimuma endirmək və bizneslərin inkişafına və böyüməsində töhfə vermək kimi müəyyənləşdirmişdir. İllər ərzində yüzlərlə şirkət və fərdi sahibkar bizə güvənmiş, gündəlik əməliyyatlarının düzgün, şəffaf və optimal şəkildə idarə olunması və dövlət orqanları qarşısında öhdəliklərinin vaxtında yerinə yetirilməsi üçün peşəkar dəstək almışdır. Hazırda “SM Consulting” MMC 40 nəfərə yaxın peşəkar ixtisaslı mütəxəssislərdən ibarət komanda ilə fəaliyyətini davam etdirir. Komandamızın təcrübəsi və bilikləri sayəsində kiçik və orta sahibkarlardan tutmuş iri korporativ şirkətlərədək geniş müştəri portfelinə xidmət göstəririk.

Missiyamız: Vergi, mühasibatlıq və kadr xidmətlərini peşəkar şəkildə təqdim edərək sahibkarın inzibati yükünü yüngülləşdirərək onların əsas işlərinə və inkişafına fokuslanmasına şərait yaratmaqdır.

Vizyonumuz: Azərbaycanda vergi, mühasibatlıq və kadr xidmətlərində innovativ, çevik və etibarlı həllər təqdim edən lider şirkət olmaqdır.

Dəyərlərimiz: Qanunçuluq, dəqiqlik, operativlik, şəffaflıq, müştəriyönümlülük, innovativlik və komanda ruhu fəaliyyətimizin əsasını təşkil edir.

Əsas həll etdiyimiz problemlər

1)Mühasibat və vergi uçotunda uyğunsuzluqlar

2)Gəlir və xərclərin uçotunun düzgün aparılmaması

3) Vergi güzəşt və azadolmalarından yetərincə faydalanılmaması

4)Vergi riskləri və yüksək vergi yükü

5) Vergi orqanları ilə əlaqələrdə yaranan çətinliklər

6)Vergi və əmək qanunvericiliyi ilə bağlı savadlılığın aşağı olması

7) Nağd və nağdsız ödənişlərin qanunauyğun aparılmaması

8)Kadr kargüzarlığının qanunauyğun, şəffaf və çevik aparılmaması

9)Əməkhaqqı və icbari tutulmalarda səhvlər

10) Biznes sahələrinə spesifik çətinliklər

Xidmətlər

Vergi və mühasibatlıq xidmətləri

Vergi və mühasibatlıq xidmətləri

Şirkətlərin maliyyə sabitliyini qorumaq və vergi öhdəliklərini qanunvericiliyə tam uyğun şəkildə yerinə yetirmələrini təmin edirik.

  1. Vergi və mühasibatlıq uçotu (alış, satış, bank əməliyyatları, əsas vəsaitlərin uçotu və s.) Vergi bəyannamələrinin və digər hesabatların təqdim edilməsi

  2. Vergi auditi (ƏDV, mənfəət, gəlir, ÖMV, əmlak və torpaq vergisi və s.)

  3. Vergi məsləhəti (sualların cavablandırılması, vergi həlləri, vergi orqanı ilə yazışmalar)

  4. Vergi qanunvericiliyi xidməti (təhlillərin aparılması, qanunvericiliyə təkliflərin verilməsi)

Kadr kargüzarlığı xidmətləri

Kadr kargüzarlığı xidmətləri

  1. Əmək münasibətlərini qanunvericiliyə uyğun rəsmiləşdirərək, işçi heyətinin idarə olunmasını şəffaf və səmərəli şəkildə təşkil edirik.

  2. Əmək münasibətlərinin rəsmiləşdirilməsi (əmək müqavilələri, məzuniyyət, ezamiyyət v.s)

  3. Əmək haqqı və digər hesablamaların aparılması (tabel, əmək haqqı, tutulmalar və s.)

  4. Vahid muzdlu bəyannamə və statistik hesabatların təqdim edilməsi

  5. Əmək uçotu və əmək haqqı ilə bağlı audit xidməti (əmək müqavilələri, əmək haqqı və s.)

  6. Əmək qanunvericiliyi üzrə məsləhət xidməti (qanunvericiliyin izahı, əmək uçotu və s.)

Hüquq xidmətləri

Hüquq xidmətləri

  1. Bizneslərin hüquqi təhlükəsizliyinin təmin etmək üçün bir sıra hüquq xidmətləri təqdim edirik.

  2. Müqavilələrin tərtib edilməsi (alqı-satqı, icarə, xidmət müqavilələri, agent müqavilələri)

  3. Hüquqi şəxsin yaradılması Debitor borclarının qaytarılması

Təlim və inkişaf xidmətləri

Təlim və inkişaf xidmətləri

SM Business School (SMBS) vasitəsilə real iş təcrübəsinə əsaslanan biznes təlim və təcrübə proqramları təqdim edirik.

  1. Vergi uçotu (Vergi Məcəlləsinin ümumi və xüsusi hissəsi)

  2. Vergi bəyannamələri (bəyannamələrlə bağlı tələblər, bəyannamələrin tərtib edilməsi)

  3. Əməliyyatçı mühasib-1C proqramı (alış, satış, bank və kassa, əsas vəsaitlər və s.)

  4. İnsan resursları (HR) və əməkhaqqı (əmək müqavilələri, məzuniyyət, ezamiyyət və s.)

  5. Əməkhaqqı (Payroll) təlimləri (gəlir vergisi, digər icbari tutulmalar, müavinətlər və s.)

Təlim və təcrübə proqramları Təlim Proqramları: Təcrübə Proqramları: Kadr kargüzarlığı və əmək haqqı üzrə təcrübə proqramı Mühasibatlıq və vergi bəyannamələri üzrə təcrübə proqramı

Texnologiya xidmətləri

Texnologiya xidmətləri

“Sensible” proqram təminatı ilə mühasibatlıq və HR proseslərini rəqəmsal, şəffaf və avtomatlaşdırılmış şəkildə idarə etmək mümkündür.

Texnologiya xidmətləri www.sensible.az

Sensible-HR Modulu – əmək müqavilələri, əmrlər, davamiyyət və əməkhaqqının tam rəqəmsal idarəsi.

Sensible-Accounting Modulu – alış-satış, anbar, pul vəsaitləri, əsas vəsaitlərin uçotu və s. proseslərin avtomatlaşdırılması

© 2024 Markup Agency Tərəfindən yaradılmışdır.