STP Polymer  MMC
STP Polymer MMC

2009-cu ildə fəaliyyətə başlayan “STP Polymer” MMC müxtəlif plastik boruların istehsalında ixtisaslaşır və bu sahədə regionun ən iri istehsalçılarındandır.

STP Polymer:

·      DN 32 - 1200 mm diametrli, PN6-20 bar təzyiqli polietilen boruların Azərbaycanda yeganə istehsalçısıdır.

·      DN 50 - 1000 mm, SN 10 həlqəvi sərtliyə malik koruge boruların Azərbaycanda yeganə istehsalçısıdır. 

·      Koekstruziya üsulu ilə spiralvari sarınan profilli DN3500 mm, PN6, SN16 boruların MDB məkanında yeganə istehsalçısıdır. 

·      STP Polymer dünya üzrə plastik mamulatları istehsal edən 3 ən böyük komplekslərdən biridir.

Bütün istehsal prosesləri Almaniya mənşəli “Krauss Maffei”, “Unicor”, “Krah”, Avstriyanın “Battenfield Cincinatti”, “Fux”, İtaliyanın “Omipa” və Türkiyənin “Mikrosan” şirkətlərindən alınan ən müasir texnoloji avadanlıqlarda aparılır.

 

Layihələrimiz və tərəfdaşlarımız: 

·      STP Polymer İsvecrənin tanınmış Georg Fischer brendinin Azərbaycanda yeganə nümayəndəsidir. Bu şirkət Sea Breeze Resort-da inşa edilən bir sıra obyektlər üçün xüsusi klapanlar və birləşdiricilər təchiz edir.

·      STP Polymer tərəfindən istehsal olunan yüksək sərtliyə malik  DN1000, SN10 koruge borular MİDA və North West Construction tərəfindən inşa edilən bir sıra obyektlərdə beton boruları əvəz edir. 

·      Gürcüstanın Şida-Kartli vilayətində içməli su xəttlərinin çəkilişi layihəsi.

·      STP Polymer Qırğızıstan Respublikasıda Asiya İnkişaf Bankının keçirdiyi tenderdə qalib qəlmişdir. Layihə üzrə HDPE, koruge boru və fitinqlərin təchizatı davam edir.

·      Füzuli hava limanının infrastruktur boru xəttlərinin çəkilişi. 

·      “Korpu-Bina-Tikinti” MMC tərəfindən Ağdam şəhərində DN710 borulardan magistral su xəttinin və DN800 koruge borulardan çirkab su xəttinin çəkilişi. 

·      “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ - respublikadaxili su xəttlərinin yenilənməsi.

·      SOCAR “Azəriqaz” İB tərəfindən respublika ərazisində magistral və daxili qaz xəttlərinin çəkilişi.

·      İşğaldan azad olunan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında kənd təsərrüfatı layihələri üzrə boru və aksesuarların təchiz edilməsi. 

·      Zəngilanın Ağalı kəndində içməli su va çirkab su xətlərinin çəkilişi. 

Əsas məhsul çeşidlərimiz:

 

·       HDPE təzyiqli borular və fitinqlər DN16–1200, PN 6–20 bar (içməli su təchizatı üçün),

·       HDPE təzyiqli borular və fitinqlər DN16–315, SDR 11 (qaz təchizatı xətləri üçün);

·       Yüksək həlqəvi sərtliyə malik koruge borular və fitinqlər DN 150–1000, SN 4, SN8 (çirkab suların axıdılması üçün);

·       Koruge kabel qoruyucu boruları DN 16-250;

·       Drenaj boruları DN 100–1200;

·       Soyuq su təchizatı üçün PPR borular DN 20-110, PN 20;

·       İstilik sistemləri üçün kompozit borular DN16–75, PN 25;

·       Daxili kanalizasiya xətləri üçün polipropilen borular DN 50–160;

·       Yol ayırıcı delineatorlar və velosiped zolaqlarının ayırıcıları.

 

  

© 2024 Markup Agency Tərəfindən yaradılmışdır.