"TAHİR OĞLU İNŞAAT" MMC
"TAHİR OĞLU İNŞAAT" MMC

TAHİROĞLU İNŞAAT- 2006-cı ildə təsis edilmiş “Azəri”MMC şirkəti yarandığı ilk gündən etibarən fərdi və korporativ müştərilərə təklif etdiyi geniş çeşidli və keyfiyyətli inşaat və tikinti məhsulları,qazandığı yüksək etibarlılıq, daim artan xidmət səviyyəsi sayəsində qısa bir zaman kəsiyində Azərbaycanda inşaat malları bazarının liderlərindən birinə çevrilə bildi. “Azəri”MMC tam müasir, keyfiyyətli idarə etmə sistemini bütün inşaat mallarının satışını ən yüksək səviyyədə həyata keçirilməsini təmin etmək üçün 28.09.2021-ci ildən etibarən fəaliyyətini “Tahiroglu İnşaat”MMC adı altında davam etdirməkdədir. Beləcə ölkəmizdə inşaat mallarının satışı sektorunun hər dövrünü yaşayaraq düz 19 ildən çoxdur ki, inşaat mallarının satışını davam etdiririk. İlk satış mərkəzimiz Bakı şəhərində açılsa da , bu gün artıq Bakının mərkəzi ilə yanaşı qəsəbələrində də 10-dan artıq satış mərkəzimiz var. “Tahiroğlu İnşaat”təmir və dizaynla bağlı dünya standartlarının tələblərinə cavab verən məhsulların satışını həyata çevirən Azərbaycan brendinə çevrilə bilib.Yarandığı gündən etibarən şirkətimizin əsas öncəliyi bizi seçən hər bir müştərimizə keyfiyyətli inşaat mallarının sərfəli qiymətlərə sahib olmasını təmin etməkdir.

Bu gün Azərbaycanda inşaat mallarının topdan və pərakəndə satışı üzrə ən böyük satış mərkəzlərindən olan “Tahiroğlu İnşaat”MMC bu illər ərzində təklif etdiyi məhsulların keyfiyyəti, çeşid müxtəlifliyi ,münasib qiymət və yüksək xidmət sayəsində müştərilərinin rəğbətini qazanıb. Şirkətimiz müştəri məmnuniyyətinə böyük önəm verir. Mağazalarımızda rahat seçim və vaxta qənaət üçün hər cür şərait düşünülüb.  Alıcılara operativ xidmət , peşəkar yanaşma əsas fəaliyyət prinsipimizdir. Bizim üçün müştəri məmuniyyəti əsas meyardır. Şirkətimizin əsas missiyası keyfiyyətli məhsulu uyğun qiymətlərlə təklif edən, əməkdaşlıq əlaqələrini genişləndirən, çeşid çoxluğu, üstün xidmət səviyyəsi ilə rahatlığı, güvəni və etibarı fəaliyyətində cəmləşdirən, davamlı inkişaf edən brend kimi tanınmaqdır.

Satış mərkəzlərimizdə divar kağızları, santexnika, elektrik, boya, xırdavat, bağ-baxça və məişət malları, ev aksesuarları,usta alət və texnikaları, istilik sistemləri və çilçıraqlarların satışı həyata keçirilir.Bu gün “Tahiroğlu İnşaat” həmçinin Çin xalq respublikasından 500-dən çox çeşiddə mal idxal edir. Əminliklə deyə bilərik ki, evinizin, ofisinizin ticari məkanlarınızın ehtiyaclarını qarşılamağın ən doğru ünvanı “Tahiroğlu İnşaat”-dır! Təqdim olunan məhsulların çeşid müxtəlifliyi,keyfiyyəti və yüksək xidmət səviyyəsi ilə rəğbət qazanan “Tahiroğlu”imzası yeni müştərilər üçün qaranta çevrilib və günbə-gün artan yeni müştəri bazası bunun bariz nümunəsidir. İllərin verdiyi təcrübə və komandamızın peşəkarlığı ilə hər zaman müştərilərin rahatlığı üçün xidmət göstərməkdəyik.

Geniş müştəri portfelimizə “Bakı Oksigen”ASC,”Neftmaştəmir”ASC,”Avropa Azərbaycan Məktəbi”Təhsil Kompleksi MMC,”Providence Doytch”Şirkəti,”Normas ”MMC,”Suraxanı OİL”kimi sektorunun aparıcı şirkətləri var. Müştərilərimizin məmnunluğu hər zaman bizim üçün önəmlidir. Bunun üçün seçimimizi daim keyfiyyətdən yana edirik. 19 ildən artıqdır ki, şirkətlər və fərdi sahibkarlara təklif olunan mal və xidmətlərlə maraqlanan ziyarətçilərə istinad məlumatlarını uğurla təqdim edirik. Əgər sidə inşaat materialları və alətləri ilə maraqlanırsınızsa.           TAHİR OĞLU İNŞAAT-ın onlayn mağazasını ziyarət edə bilərsiniz (tahiroglu__insaat). Daha ətraflı məlumat və layihələri ilə tanış olmaq üçün TAHİR OĞLU İNŞAATIN rəsmi veb saytını ziyarət edə bilərsiniz (https://www.tahirogluinshaat.az/). Əlaqə üçün (tahirogluinsaat@gmail.com). Saytın bütün strukturu ziyarətçiyə nəinki lazımi məlumatları tapmağa, onlarla tez bir zamanda əlaqə yaratmağa imkan yaratmışıq. Biz ziyarətçiyə öz üstünlüklərinə əsasən ən yaxın mağazalarımızdan məhsulları seçməklə vaxta qənaət etməyə kömək edirik. Siz dəyərli istifadəçilərimizə xidmətimiz ilə bağlı hər hansı fikir və şərhə görə minnətdar olacağıq.Bütün komandamız adından sizə uğurlar və ən yaxşısını arzulayırıq! “Tahiroğlu İnşaat”-Bizə keyfiyyət yaraşır!

 

 


 

 

© 2024 Markup Agency Tərəfindən yaradılmışdır.