
Tərcümə və Notarial xidmətlər :
- Müvafiq müraciət əsasında sənədlərin bir dildən digərinə tərcümə olunması, tələb olunan qaydada tərtib edilməsi və notarial qaydada təsdiqlənməsi.
Tərcümə xidmətləri təqdim edilən dillər:
- Azərbaycan
- İngilis
- Rus
- Türk
- Alman
- İtalyan
- İspan
- Çex
- Polyak
- Fransız
- Bolqar
- Gürcü
- Ukrayn
- Korea
- Çin
- Yapon
- İvrit
- Fars
- Ərəb
- Özbək
- Türkmən
- Erməni
Apostil və Leqalizasiya xidmətləri:
- Mərkəzimiz müştərilərə Apostil və Leqalizasiya xidmətləri təqdim edir. Bu xidmətlər çərçivəsində, sənədlərinizin xarici ölkələrdə hüquqi qüvvəyə malik olması üçün müvafiq dövlət orqanlarında təsdiqlənməsi təmin olunur. Apostil prosesi Haaqa Konvensiyasına üzv ölkələr üçün, leqalizasiya prosesi isə Konvensiyaya üzv olmayan ölkələr üçün həyata keçirilir.
- Mərkəz tərəfindən təqdim edilən leqalizasiya xidməti çərçivəsində, müştərilərin təqdim etdiyi rəsmi sənədlər ilkin olaraq müvafiq dövlət orqanlarında təsdiqlənir. Ardınca sənədlər Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə təqdim edilərək orada təsdiqdən keçirilir və sonrakı mərhələdə müvafiq ölkələrin səfirlik və konsulluqlarında rəsmiləşdirilir. Bu prosedur nəticəsində sənədlər xarici ölkələrdə tam hüquqi qüvvəyə malik olur.
Bütün notarial hərəkətlərin aparılması:
- Mərkəz tərəfindən göstərilən xidmətlər çərçivəsində müştərilərin rəsmi sənədlərinin notariat qaydasında rəsmiləşdirilməsi təmin edilir. Bu fəaliyyətə etibarnamələrin, vərəsəlik və miras hüququ ilə bağlı sənədlərin, nikah və ailə münasibətlərinə dair təsdiqedici sənədlərin, müxtəlif növ müqavilələrin, ərizə və arayışların, habelə digər hüquqi sənədlərin notarial təsdiqi daxildir.
Notariat ofisindən kənar əməliyyatların aparılması:
- Əgər notarius yanına getmək mümkün deyilsə, biz notarial əməliyyatları sizin ünvanınızda təşkil edirik. Mərkəzimiz qanunvericiliyə uyğun olaraq, müştərinin müraciəti əsasında notariat hərəkətlərinin notariat idarəsindən kənarda, yəni müştərinin yerləşdiyi ünvanda və ya xüsusi şərait tələb edən hallarda yerinə yetirilməsini təşkil edir.
- E-poçttercume01@gmail.com
- Telefon+994 702402727
- ÜnvanÜzeyir Hacıbəyli 43