Şirkətlər

KateqoriyalarKorporativ Təlim və Tədbir xidmətləri
Business Class Azerbaijan MMC logo

Business Class Azerbaijan MMC

Korporativ Təlim və Tədbir xidmətləri

Business Class Azerbaijan layihəsi, Azərbaycan Respublikası Bakı şəhəri və regionlarında fəaliyyət göstərən sahibkarlar və sahibkarlıq fəaliyyətinə başlamaq istəyən şəxslərə keyfiyyətli dəstək təmin etmək məqsədilə qurulmuşdur. Bizim missiyamız, həm hüquqi, həm də fiziki şəxslərə müxtəlif sahələrdə xidmətlər təqdim edərək, onların bizneslərini uğurla inkişaf etdirmələrinə kömək etməkdir. Layihə çərçivəsində, sahibkarlar üçün məsləhət xidmətlərindən tutmuş, yenidənqurma və inkişaf proseslərinə qədər geniş bir xidmət spektri təklif edilir. Hazırda fəaliyyət göstərən müəssisələrlə başlayan layihələr tez-tez müxtəlif səbəblərdən uğursuz olur və ya yarımçıq qalır. Bu səbəbdən, düzgün tərəfdaşların seçilməsi, həmçinin başlayan layihələrin uğurla tamamlanması üçün Business Class Azerbaijan, müəssisələrin doğru istiqamətdə irəliləmələrinə bələdçilik edərək, onlar üçün güclü və etibarlı tərəfdaş olmağı hədəfləyir.

"İT BRAİNS ACADEMY" MMC logo

"İT BRAİNS ACADEMY" MMC

Korporativ Təlim və Tədbir xidmətləri

IT Brains Academy operativ komandaya malikdir və dərslərimiz həm əyani, həm də onlayn formada yüksək səviyyədə keçirilir. Müəllim heyətimiz ixtisaslı olmaqla yanaşı, pedoqoji bacarıqları ilə də seçilir, biliklərini tələbələrə anlaşıqlı və effektiv şəkildə çatdırır.


Tədris prosesində mentorluq sistemi tətbiq olunur. Mentorlarımız tələbələrə dərslərdə dəstək olur, tapşırıqların icrası və yoxlanılması zamanı yardım göstərir, yaranan sualları cavablandırır, beləliklə tələbələrin inkişafını sürətləndirirlər.


Akademiyada təhsilə zəmanət sistemi mövcuddur. Tədris müddətində davamiyyəti 90%-dən aşağı olmayan tələbələr, final layihəyə hazır olmadıqları halda, dərslərdə təkrar iştirak etmək imkanına malikdirlər.


Biz beynəlxalq sertifikatlaşdırma mərkəzi kimi fəaliyyət göstərərək tələbələrimizi Microsoft, Cisco, CompTIA və digər nüfuzlu təşkilatların imtahanlarına hazırlayırıq. Bu, onların beynəlxalq səviyyədə tanınan sertifikatlara sahib olmalarına zəmanət verir.

Bundan əlavə, təqaüd proqramlarımız sayəsində bir çox tələbənin ödənişsiz təhsil almasına dəstək olmuşuq.

Karyera dəstəyi istiqamətində tələbələrimiz əməkdaşlıq etdiyimiz müəssisələrdə praktiki təcrübə qazanırlar. Eyni zamanda, peşəkar mentorlarımız tələbələrə CV hazırlanması və LinkedIn profillərinin qurulması üzrə pulsuz dəstək göstərir.

TƏRCÜMƏ VƏ KONSALTİNQ MƏRKƏZİ logo

TƏRCÜMƏ VƏ KONSALTİNQ MƏRKƏZİ

Korporativ Təlim və Tədbir xidmətləri

Tərcümə və Notarial xidmətlər :

- Müvafiq müraciət əsasında sənədlərin bir dildən digərinə tərcümə olunması, tələb olunan qaydada tərtib edilməsi və notarial qaydada təsdiqlənməsi.

 

Tərcümə xidmətləri təqdim edilən dillər: 

 

- Azərbaycan

- İngilis

- Rus

- Türk

- Alman

- İtalyan

- İspan

- Çex

- Polyak

- Fransız

- Bolqar

- Gürcü

- Ukrayn

- Korea

- Çin

- Yapon

- İvrit

- Fars

- Ərəb

- Özbək

- Türkmən

- Erməni

 

 

 

Apostil və Leqalizasiya xidmətləri:

- Mərkəzimiz müştərilərə Apostil və Leqalizasiya xidmətləri təqdim edir. Bu xidmətlər çərçivəsində, sənədlərinizin xarici ölkələrdə hüquqi qüvvəyə malik olması üçün müvafiq dövlət orqanlarında təsdiqlənməsi təmin olunur. Apostil prosesi Haaqa Konvensiyasına üzv ölkələr üçün, leqalizasiya prosesi isə Konvensiyaya üzv olmayan ölkələr üçün həyata keçirilir.

- Mərkəz tərəfindən təqdim edilən leqalizasiya xidməti çərçivəsində, müştərilərin təqdim etdiyi rəsmi sənədlər ilkin olaraq müvafiq dövlət orqanlarında təsdiqlənir. Ardınca sənədlər Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə təqdim edilərək orada təsdiqdən keçirilir və sonrakı mərhələdə müvafiq ölkələrin səfirlik və konsulluqlarında rəsmiləşdirilir. Bu prosedur nəticəsində sənədlər xarici ölkələrdə tam hüquqi qüvvəyə malik olur.

 

Bütün notarial hərəkətlərin aparılması:

- Mərkəz tərəfindən göstərilən xidmətlər çərçivəsində müştərilərin rəsmi sənədlərinin notariat qaydasında rəsmiləşdirilməsi təmin edilir. Bu fəaliyyətə etibarnamələrin, vərəsəlik və miras hüququ ilə bağlı sənədlərin, nikah və ailə münasibətlərinə dair təsdiqedici sənədlərin, müxtəlif növ müqavilələrin, ərizə və arayışların, habelə digər hüquqi sənədlərin notarial təsdiqi daxildir.

 

Notariat ofisindən kənar əməliyyatların aparılması:

- Əgər notarius yanına getmək mümkün deyilsə, biz notarial əməliyyatları sizin ünvanınızda təşkil edirik. Mərkəzimiz qanunvericiliyə uyğun olaraq, müştərinin müraciəti əsasında notariat hərəkətlərinin notariat idarəsindən kənarda, yəni müştərinin yerləşdiyi ünvanda və ya xüsusi şərait tələb edən hallarda yerinə yetirilməsini təşkil edir.

"HROPTİON" MMC logo

"HROPTİON" MMC

Korporativ Təlim və Tədbir xidmətləri

 HR Option, Azərbaycan əmək bazarında Şirkət olaraq 6 ildən çox təcrübə və Peşəkar komandası ilə birlikdə ölkəmizdə Biznes və İnsan Resursları fəaliyyətlərinin effektivləşdirilməsi, sistemləşdirilməsi və avtomatlaşdırılması istiqamətləri üzrə müxtəlif növ xidmətlər göstərməkdədir. Bizim missiyamız, müştərilərimizə HR və İdarəetmə sahəsində innovativ, səmərəli və fərdiləşdirilmiş həllər təqdim edərək şirkətlərin iş gücünün gücləndirilməsinə və rəqabətə davamlı biznes olmasına kömək etməkdir. 

    Fərqli sektorlar üzrə bilik və təcrübələrə sahib peşəkar komandası ilə HR Option şirkəti biznes proseslərinin, həmçinin, İnsan Resursları fəaliyyətlərinin tənzimlənməsi, düzgün və effektiv iş axışlarının qurulması, proseslərin avtomatlaşdırılması və müasir insan resursları metodlarının tətbiqi, hesabatlılıq proseslərinin təkmilləşdirilməsi fəaliyyətləri üzrə dəyər yaratmaqdır.


Aktiv mail - info@hroption.az 
Aktiv nömrə - 050 440 73 53

"CUBE ACADEMY" MMC logo

"CUBE ACADEMY" MMC

Korporativ Təlim və Tədbir xidmətləri

Cube Academy Data Analitika üzrə xidmətlər təklif edən peşəkar təlim mərkəzidir. Datanın faydalarını ölkəmizdə təbliğ etmək fəaliyyətimiz ilk olaraq 2020-ci ilinin yanvar ayından bu sahəni öyrənmək istəyən şəxslərə istiqamət vermək ideyası ilə başlamışdır. Cube Academy -nın təklif etdiyi mövzular üzrə təlim xidmətləri Yerli və Beynəlxalq Əmək bazarının tələblərinə uyğun olaraq formalaşdırmışdır və təlim proqramları biznes dünyasından real praktiki nümunələr əsasında hazırlanmışdır. Təlim xidmətlərimiz birbaşa şirkətlərin tələbinə uyğun olaraq real keyslər əsasında aparılır və təklif etdiyimiz həllər müştərilərimizin yaranmış çətinliklərini aradan qalxmasına və biznes imkanlarının artmasına imkan yaradır. Məqsədimiz hər zaman xidmətləri ilə fərqlilik yaradan, hər kəsə Data Analitikanın gücünü çatdıra bilən peşəkar inkişaf platforması olmaqdır.

Peşəkar Excel və Data Analitika üzrə təlim mərkəzi.

1500+ uğurlu tələbələr.

30+ korporativ təlim.

7 HEAVEN EVENTS GROUP MMC logo

7 HEAVEN EVENTS GROUP MMC

Korporativ Təlim və Tədbir xidmətləri

Biz Seven Heaven Events Group MMC olaraq – bütün növ tədbirlərinizində konsepsiyasının yazılmasından planlaşdırılmasına , icrasın dan nəzarətinə kimi hər bir prosesdə sizin yanınızdayıq.


Forumların, Konfransların, sərgilərin təşkili, Açılış mərasimləri, Banket və ayaqüstü ziyafətlərinizdə sizə xidmət etməkdən qürur duyuruq.



7 Heaven Events Group - Gələcək tədbirlərinizin yeni təşkilatçısı

© 2024 Markup Agency Tərəfindən yaradılmışdır.