Elseo MMC
Elseo MMC

“Elseo” MMC şirkəti 2009-cu ildən müxtəlif adlarla informasiya texnologiyaları və proqramlaşdırma sahəsində fəaliyyət göstərir. 2018-ci ildən isə rəqəmsal marketinqin əsas istiqamətlərindən biri olan SEO (Axtarış Sistemlərində Optimizasiya) üzrə ixtisaslaşaraq digər şirkətlərimizdən ayrılıb və ancaq axtarış sistemləri üzrə xidmətləri göstərən yeganə şirkətdir. Həmçinin axtarış sistemləri ilə əlaqədar olan SEM (Axtarış Sistemlərində Marketinq) və ORM (Onlayn Reputasiya Menecmenti) xidmətləri də təklif edirik.


ELSEO şirkəti yerli bazarda fəaliyyət ilə yanaşı, yerli brendlərin dünya miqyasında təmsil olunmasında aktiv şəkildə fəaliyyət göstərir. Yerli şirkətlərimizin xidmət və məhsullarının dünyanın 70-dən çox ölkəsində satışı uğurla həyata keçirilib və bu rəqəmin artırılması yönündə dayanmadan fəaliyyət göstərilir. Yerli şirkətlərlə yanaşı bir sıra xarici şirkətlərlə (USA, UAE, Türkiyə) də əməkdaşlığımız mövcuddur. Əsas məqsədimiz müştərilərimizə faydalı olmaq və daha effektiv nəticələr qazandırmaqdır. Bunun üçün daimi olaraq görülən işlərin (SEO) nəticələrini izləyir, optimallaşdırır və aylıq hesabatlar təqdim edirik. Bu gün "Elseo MMC" yüksək səviyyəli və hərtərəfli mütəxəssislərin kollektividir, müasir texnologiyalar və iri layihələrin tətbiqində böyük təcrübəyə, yüksək xidmət səviyyəsinə malikdir. Biz şirkətimizin missiyasını aşağıdakı şəkildə ifadə edirik: Müştərilərimizin axtarış sistemlərində lazımi şəkildə təmsil olunması, görülən işlərin səmərəliliyinin artırılmasına kömək etmək və bunun nəticəsində sifarişçilərimizə sevinc, məmnunluq gətirən etimada əsaslanan səmimi və faydalı əməkdaşlığın mümkünlüyünü göstərmək. Əməkdaşlarımızın məqsədyönlülüyü və peşəkarlığı şirkətimizin uğurlu fəaliyyətinin əsasıdır.

Xidmətlər

SEO xidməti

SEO xidməti

SEO - Axtarış sistemlərinin optimizasiyası SEO xidməti sahəsində 10 ildən çox təcrübəyə malik komandası ilə ELSEO MMC sizə peşəkar SEO xidmətləri təklif edir. Aparılan SEO optimizasiya işləri ortalama 3-6 ay tələb edir. İlk aylardan nəticə əldə olunmağa başlayır ancaq 3 aydan sonra siz öz saytınızı artıq Google-un daha ön səhifələrində görə biləcəksiniz.
Google Reklamları

Google Reklamları

Dünyanın ən çox istifadə olunan Google platformasında reklam vermək hər bir şirkət üçün çox önəmlidir. Xidmət və məhsullarını daha çox insana və ən ideal hədəf kütləyə çatdırmağa ən ideal sahədir. Google reklam xidmətləri ilə istədiyiniz kütləyə ən uyğun məcrada və istədiyiniz formada görünə bilərsiniz. Google reklam növləri aşağıdakılardır: Axtarış sistemi reklamları Görüntülü reklamlar Youtube reklamları
Onlayn Reputasiya Menecmenti (ORM)

Onlayn Reputasiya Menecmenti (ORM)

Online reputation management (ORM) – fərdlər və ya qurumlar haqqında onlayn mühitdə imic yaratmaq üçün lazım olan PR strateqiyalarından biridir. İnternet istifadəçilərinin sürətlə artdığı dövrdə ORM müsbət imic formalaşdırmaqda mühüm rol oynayır. ORM nə üçün önəmlidir? Statistikaya görə istifadəçilərin 62%-i xidmətlər və məhsullar haqqında neqativ rəylər gördükdə fikirlərini dəyişirlər. Google-da axtarış edərkən brendinizlə əlaqəli bir neqativ nəticə belə brendin etibarına böyük zərər vura bilər. ORM xidməti kimlər üçündür? Şəxsi brendinqlə məşğul olan hər kəs, həmçinin internetdə yer alan hər bir biznes və qurum ORM - Onlayn Reputasiya Menecmentinə önəm verməlidir. İnternet insanlar üçün ən mühüm informasiya mənbəyidir. İnternetdə araşdırma edərkən sizə və ya biznesinizə aid neqativ nəticələr imicinizə mənfi təsir göstərəcək.
AEO xidməti

AEO xidməti

Answer Engine Optimization (AEO) sizin brendinizin ChatGPT , Google SGE, Bing Copilot kimi AI cavab sistemlərində ilk cavab olaraq görünməsini təmin edir. AEO xidməti nə üçün vacibdir? 2025-ci ildə istifadəçilərin 30%-dən çoxu suallarına cavabı artıq ChatGPT və digər süni intellekt platformalarından alır. Google-da klik etmədən təqdim olunan cavablar (Zero Click SEO) istifadəçi davranışlarını tam dəyişib. Əgər brendiniz bu cavablar arasında yer almırsa, auditoriyanız sizi görmür və seçmir. AEO xidməti ilə süni intellekt nəticələrində mövcudluğunuzu təmin edirik. AEO xidmətləri ilə biznesini yeni səviyyəyə yüksəlt! ELSEO komandası olaraq təklif etdiyimiz Kompleks AEO xidmətləri ilə vebsaytını yeni səviyyəyə yüksəltməyə hazırsınız? Pulsuz təklif paketi almaq üçün aşağıdakı təklif formunu doldurun və ən qısa zamanda sizinlə əlaqə saxlayaq.

© 2024 Markup Agency Tərəfindən yaradılmışdır.